“Abşeron” restoranında atışma: bir nəfər ölüb– FOTO

“Abşeron” restoranında atışma: bir nəfər ölüb– FOTO
Bütün Xəbərlər
10:55 10.02.2015
2167
Şübhəli şəxslər axtarılır.
Moskvanın şərqində kafelərin birində atışma baş verib və nəticədə bir nəfər ölüb və üç nəfər xəsarət alıb. Bu barədə “İnterfaks”a Moskvada DİN Baş idarəsindən məlumat verilib. Hazırda şübhəli şəxslərin axtarışı aparılır.
AZXEBER.COM  xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, insident fevralın 9-da təxminən saat 23:30-da Parkovı küçəsi 15 ünvanında yerləşən “Abşeron” restoranında baş verib.
Qeyd edək ki, restoran azərbaycanlılara məxsusdur.
Məlumata əsasən, xəsarət alan iki nəfər olub, onlar baş və döş qəfəsi hissəsindən ciddi xəsarətlər alıblar. Onları reanimasiyaya çatdırıblar. Atışamadan qabaq restoranda 20 nəfərdən çox adamın iştirak etdiyi dava düşüb. Moskvada şübhəlilərin ələ keçirilməsi üzrə əməliyyat keçirilir.
Hazırda hadisə yerində baş vermiş isidentin səbəblərini araşdırmaq məqsədilə axtarış-əməliyyat briqadası işləyir.
OXŞAR XƏBƏRLƏR