Abşeron rayonunda yanğın hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yanğın hadisəsi Atyalı yaşayış sahəsində qeydə alınıb. “Aztexnika” MMC-yə məxsus anbarda təmir işləri aparılarkən baş verən yanğında Müşfiqabad qəsəbə sakinləri Elbəy Abbasov və Emil Ağaməliyev yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.