Abşeronda həmyerlisini döyən yeniyetmə ilə bağlı araşdırmalar başlanıldı

KRİMİNAL
18:23 31.08.2020
762

Avqustun 30-da saat 22.23-də Abşeron rayonunun Məmmədli kəndində yaşayan R.Hüseynzadə döyülərək müxtəlif bədən xəsarətləri alıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Bildirilib ki, bundan sonra o, "Youtube” kanalında canlı yayım açaraq sifətində qan izləri olduğunu göstərərək intihar edəcəyini bildirib.

Həmin müraciətlə əlaqədar Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hüseynzadəni yumruqla vuraraq xəsarət yetirməkdə şübhəli bilinən həmkəndlisi, yeniyetmə V.Abdullayev müəyyən olunaraq Mehdiabad Polis Bölməsinə dəvət edilib. 

Araşdırmalarla məlum olub ki, yeniyetmə R.Hüseynzadənin yaşadığı evin qarşısında ünvansız nalayiq ifadələr işlətdiyinə görə R.Hüseynzadə ona irad bildirib. Bu səbəbdən aralarında mübahisə yaranıb. R.Hüseynzadə onu əli vurub, yeniyetmə isə cavabında yumruqla onun burun nahiyəsinə zərbə endirib.     

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılır.  

OXŞAR XƏBƏRLƏR