"Xəzər dənizinin lacivərd sularında çimmək istəyənlər isə Lənkəran səmtinə üz tutmalıdırlar".AZXEBER.COM-un "Exo"-ya istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan Yaşıllar Hərəkatının sədri Fəridə Hüseynova deyib.Abşeron yarımadasının ən təmiz çimərlikləri şimaldan cənubadək bərabər yerləşən məkanlar, yəni Mərdəkan, Bilgəh və Nardarandır. Ən çirkli çimərlik Şıxdır.Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının Abşeron çimərliklərində apardıqları monitorinqin nəticələrinə görə, Qaradağ rayonundakı Sahil və Səbayıl rayonundakı Şıx çimərliklərində suyun bakterioloji çirklənmə səviyyəsi normadan dəfələrlə artıqdır.