Abunəçilər "Azercell"i boykot etməyə hazırlaşır (SORĞU)

Abunəçilər "Azercell"i boykot etməyə hazırlaşır (SORĞU)
Bütün Xəbərlər
11:47 31.10.2011
2700
Abonentlər hansı mobil operatoru boykota etməyə çağırdı?
Azərbaycanda mobil rabitə istifadəçilərinin ən çox şikayətləndiyi mobil operator müəyyənləşib. 
AZXEBER.COM xəbər portalının 20 min 600 nəfərlik rəsmi “facebook” səhifəsində “Azərbaycanda ən pis çalışan, abunəçiləri aldadan mobil operator hansıdır?” sorğusu yekunlaşıb.
Sorğuda 2000-ə yaxın insan iştirak edib. Sorğuda iştirak edən mobil telefon istifadəçilərinin fikrincə, “Azərbaycanda ən pis çalışan, abunəçiləri aldadan mobil operator” 43 %-lə “Azercell Telecom” olub. İkinci yeri 37%-lə “Bakcell” tutub. “Facebook” istifadəçilərinin 20%-i isə “Nar Mobile”ni ən pis adlandırıb. 
Bundan başqa mobil operatorların bu qədər yüksək danışıq tariflərinin qarşılığında abunəçilərə göstərdiyi xidmətlərin keyfiyyəti barədə isə elə, həmin abonentlərin özləri sorğumuzda fikirlərini bildiriblər.
“Jasmin” adlı “facebook” istifadəçisi bütün mobil operatorlardan şikayətlənib: “Elə bütün mobil operatorlar xalqı aldadır, hərəsi bir tariflə camaatın başını qatır, əvəzində isə külli miqdarda pul qazanır. Ümumiyyətlə, Azərbaycanda mobil operator qiymətləri çox bahadır. Qonşu Gürcüstanda bütün dünya ölkələrinə 2 sms bizim pulla 1 qəpik edir, 1 gb internet trafiki cəmi 10 manatdır. Amma “Azercell”də 1 gb internet paketi bundan 4 dəfə çox 41 manatdır”. 
Əziz Tacəddinov isə maraqlı təkliflə çıxış edib: “Mən təklif edirəm ki, 1 ay bütün istifadəçilər kontur almasın. Əminəm ki, bundan sonra bütün mobil operatorlar ayağlarımıza qapanacaqlar. Ən əsası isə qiymətləri aşağı salacaqlar. Bu işdə "Azercell"dən başlamaq lazımdır. Çünki əhalini ən çox aldadan məhz "Azercell"dir”. 
Gündüz Novruzov isə “Azercell”dən gələn mesajlardan təngə gəldiyini deyir: “Dünən “Azercell”dən mesaj gəlib ki, "Putinin hormonu dəyişib, görmək istəyərdin? - 0.50 AZN". Mən bilmirəm Putinin mənə və “Azercell”ə nə dəxli var. 50 qəpiyə görə istifadəçiləri belə təhqir etmək olmaz”.
Qeyd edək ki, son illərdə ölkəmizdə fəaliyyət göstərən mobil operatorlar danışıq tariflərində bir neçə dəfə endirim etsələr də, Azərbaycan hələ də MDB ölkələri arasında danışıq qiymətinin ən yüksək olduğu ölkə olaraq qalır. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"