Ağcabədidə paltarı dəzgaha ilişən gəncin boynu sındı

SOSİAL
06:16 18.10.2021
165
Ağcabədi rayonunda pambıq zavodunda işçi ağır xəsarət alıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, həmin zavodda işləyən 1995-ci il təvəllüdlü Mehralıyev Amil Aqil oğlunun paltarı iş yerində elektrik dəzgahına ilişib.

Nəticədə o ağır bədən xəsarəti alıb. Yaralı dərhal xəstəxanaya aparılıb.

Həkim müayinəsindən sonra Amil Mehralıyevə boyun fəqərəsinin sınığı diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdrıma aparılır.

OXŞAR XƏBƏRLƏR