AZXEBER.COM xəbər verir ki, sakinlərin sözlərinə görə, 3 aydır bu vəziyyət hökm sürür.
Kanalizasiya xətlərindən sızan çirkab suları ilə göl suyunun birləşməsi dözülməz qoxu və infeksiya riski yaradıb.
"Ağcaqanad, qurbağa əlindən oturmaq olmur. Pis qoxudan pəncərələri aça bilmirik. İlan da var. Yağışlar başlayandan belədi. Hər dəfə də yağdıqca bu vəziyyətə düşürük”, - deyə sakinlərdən biri qeyd edib.
Abşeron rayon Məmmədli bələdiyyəsindən bildirildi ki, sözügedən problemdən məlumatlıdırlar.
Göldə suyun səviyyəsinin aşağı salınması istiqamətində Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə nasoslar vasitəsilə suyun çəkilməsi işləri davam etdirilir. Səviyyə xeyli düşüb. Proses davam edir.
Daha ətraflı "Xəzər TV”nin süjetində:











































