AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır

AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır
İQTİSADİYYAT
16:39 14.10.2026
182

Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə nəticələrini açıqlayır.

 

Ətraflı məlumat əldə etmək üçün: https://bit.ly/423QT61

 

Bank, 2026-cı ilin 3-cü rübün sonuna olan nəticələrinə görə 45.2 milyon manat xalis mənfəət əldə edib. Eyni göstərici ötən ilin analoji dövründə 35.6 milyon manat təşkil edib.


Cari ilin 3-cü rübündə son illər ərzində formalaşmış mənfəətlilik və yüksələn kapital dayanıqlığı fonunda Bank 40 milyon manat həcmində dividend ödəmişdir. Nəticədə, dividend ödənişindən sonra Bankın məcmu kapital buferi minimum normativlərdən əhəmiyyətli dərəcədə yüksək qalmaqla, 239.4 milyon manat təşkil edir.


Sözügedən artımın drayverləri kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozit portfelinin böyüməsi, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd oluna bilər. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:


Kredit portfeli 9.6% və ya 124.8 milyon manat artıb və hesabat dövrünün sonuna cəmi kredit portfeli 1 421.6 milyon manat təşkil edib.


Kredit portfelinin 75.5%-i biznesə ayrılmış kreditlər təşkil edir və biznes portfelinin həcmi 1 074.0 milyon manatdır.  


Depozit portfeli 4.5% və ya 46.9 milyon manat artıb və hesabat dövrünün sonuna 1 092.0 milyon manat təşkil edib.


Eyni zamanda, AccessBank cari il ərzində beynəlxalq nüfuzlu xarici kreditorlardan 154.9 milyon manat həcmində kredit cəlb etmişdir. Bu da əhali və bizneslər üçün maliyyə əlçatanlığını təmin etməyə etibarlı zəmin yaradır.


Bankın aktivləri 1.9 milyard manata çatır, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.3% çoxdur.

 

Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 15.5% artaraq 216.1 milyon manata yüksəlib. Xalis faiz gəlirləri isə 16.2 milyon artaraq 130.4 milyon manat təşkil edib.


Əlavə olaraq, hesabat dövrü ərzində qeyri-faiz gəlirləri 12.7 milyon manat olub.


Nəticədə, xalis əməliyyat mənfəəti 2026-cı ilin hesabat dövrünün sonunda 63.6 milyon manata çatıb.


Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı 98.8% təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 3.3 dəfə yüksəkdir.


AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.

 

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

 

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Japarov xanımı ilə Bakıya gəldi - Fotolar
17:55 14.10.2026
Japarov xanımı ilə Bakıya gəldi - Fotolar
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:34 14.10.2026
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başladı - FOTOLAR
17:23 14.10.2026
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başladı - FOTOLAR
Lavrov Azərbaycana gəlib
17:07 14.10.2026
Lavrov Azərbaycana gəlib
Bu bürclər pul qazansa da, varlana bilmir
16:57 14.10.2026
Bu bürclər pul qazansa da, varlana bilmir
Vahid məktəbli forması və dünyəvi təhsil: Hüquqi bərabərlik və milli dəyərlər
16:47 14.10.2026
Vahid məktəbli forması və dünyəvi təhsil: Hüquqi bərabərlik və milli dəyərlər
AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır
16:39 14.10.2026
AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
16:38 14.10.2026
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
“Bu ölkədə yaxşı yaşayıb qədrini bilməyənin burnundan gəlsin” - Nazilə Səfərli
16:27 14.10.2026
“Bu ölkədə yaxşı yaşayıb qədrini bilməyənin burnundan gəlsin” - Nazilə Səfərli
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
16:22 14.10.2026
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı
16:17 14.10.2026
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib
15:58 14.10.2026
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib
Fatma Yıldırım: Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir
15:53 14.10.2026
Fatma Yıldırım: Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir
Emoməli Rahmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb
15:39 14.10.2026
Emoməli Rahmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb
İran XİN müavini Azərbaycana gəlir
15:37 14.10.2026
İran XİN müavini Azərbaycana gəlir
Zülfiyyə Nuriyeva: Azərbaycan qadını hər zaman milli dəyərlərinə sahib çıxıb - VİDEO
15:34 14.10.2026
Zülfiyyə Nuriyeva: Azərbaycan qadını hər zaman milli dəyərlərinə sahib çıxıb - VİDEO