AccessBank “Access2Success” layihəsinə dördüncü dəfə start verdiyini elan edir

AccessBank “Access2Success” layihəsinə dördüncü dəfə start verdiyini elan edir
İQTİSADİYYAT
13:24 04.11.2025
268
AccessBank qadın sahibkarların biznes bacarıqlarını, idarəetmə qabiliyyətini və maliyyə savadlılığını artırmaq məqsədilə "Access2Success” layihəsinə növbəti dəfə start verdiyini elan edir. Layihə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə reallaşır.
 
AZXEBER.COM xəbər verir ki, bu il iştirak üçün 300-ə yaxın qadın sahibkar müraciət edib. Seçim meyarlarına əsasən 50 nəfər iştirakçı layihəyə qoşulub. Onlar biznes idarəçiliyi, liderlik, satış strategiyaları, marketinq kommunikasiyaları və hüquqi tələblər üzrə biliklərini artıracaqlar. Təlimləri təcrübəli yerli ekspertlər aparır.

Layihənin əsas məqsədi qadın sahibkarların biznes ekosistemində rolunu gücləndirmək, dayanıqlı biznes modelləri qurmaq bacarığını inkişaf etdirmək və qadın liderliyini təşviq etməkdir. "Access2Success” qadınların iqtisadi müstəqilliyinə və ölkənin inklüziv inkişafına töhfə verir.

"AccessBank artıq 23 ildir ki, mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək verir. Qadın sahibkarlığın təşviqi isə bu istiqamətdə əsas prioritetlərimizdəndir. Hazırda biznes portfelimizin təxminən 20%-i qadınlar tərəfindən idarə olunan bizneslərdən ibarətdir. "Access2Success” layihəsinin dördüncü dəfə həyata keçirilməsi bu sahədəki strateji öhdəliyimizin davamıdır. Layihə qadınlara bilik və bacarıqlarını inkişaf etdirmək, biznesdə və iqtisadiyyatda daha aktiv rol almaq imkanı yaradır”, – deyə AccessBank-ın İdarə Heyətinin üzvü, Baş Biznes İnzibatçısı Renat Hümbətov bildirib.

"Mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi AYİB-in əsas prioritetlərindəndir. Biz bu istiqamətdə maliyyə həlləri ilə yanaşı, fərdi məsləhət və təlimlər də təklif edirik. AYİB-in Kiçik Bizneslər üçün Məsləhət Proqramı (Advice for Small Businesses) şirkətlərin rəqabət qabiliyyətini və innovasiyaya açıq olmasını gücləndirir. Qadın sahibkarları bilik, maliyyə və şəbəkə imkanları ilə dəstəkləyən "Qadınlar Biznesdə” (Women in Business) təşəbbüsümüzlə qürur duyuruq. AccessBank ilə birgə keçirilən təlimlər bu öhdəliyimizin bariz nümunəsidir. Avropa İttifaqına dəstəyə və maliyyələşdirməyə görə təşəkkür edirik,” – deyə Assosiasiya Direktoru, AYİB-in Qafqazda Maliyyə İnstitutları üzrə Biznes Rəhbər Mixail Qreçixo qeyd edib.  

"Access2Success” layihəsi ilk dəfə 2022-ci ildə həyata keçirilib. İndiyədək 160-dan çox qadın sahibkar proqramda iştirak edib. Konsaltinq, turizm, təhsil, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən qadınlar layihə çərçivəsində altı həftəlik intensiv təlimlərdə praktik biliklər qazanıblar.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: https://bit.ly/accessbank-filiallar .

 

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  


*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək