AccessBank Azərbaycanda qadın sahibkarların maliyyə savadlılığının artırılması tədbirlərini davam etdirir

AccessBank Azərbaycanda qadın sahibkarların maliyyə savadlılığının artırılması tədbirlərini davam etdirir
İQTİSADİYYAT
14:40 16.07.2024
722
AccessBank Beynəlxalq Özəl Müəssisə Mərkəzi (CIPE) tərəfindən həyata keçirilən "Azərbaycanda qadın səlahiyyətləndirilməsi mərkəzləri” layihəsi və Azərbaycan Respublikası Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin "Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi çərçivəsində növbəti təlimləri həyata keçirib. 
Bakıda təşkil edilən təlim qadınların maliyyə savadlılığının artırılması mövzusuna həsr edilib. 
Təlimlərə cəlb edilən qadın sahibkarlara "Sahibkar kredit götürərkən nəyə fikir verməlidir?”, "Borc almağın müsbət və mənfi tərəfləri” mövzularında  Thomaz International-Azerbaycan təşkilatının regional meneceri Rauf Ağayev,  "Azərbaycan kredit bürosunun fəaliyyəti və xidmətləri” mövzusunda AKB nümayəndəsi İlkin Ağayev, "Birlikdə daha risksiz: Sığortalının bizneslər üçün əhəmiyyəti” mövzusunda Paşa Sığorta şirkətinin nümayəndələri Hikmət Əliyev və Orxan Axundov təlimlər keçdilər.
Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Pərvin Qəhrəmanova sahibkarlara "Maliyyə məlumatlılığı nədir? Mərkəzi Bankın aliyyə məlumatlılığı resursları” mövzusunda  təlim keçərək sahibkarların peşəkar inkişafı və doğru maliyyə xidmətlərini seçə bilmələri üçün yaratdığı imkanlarla tanış etmişdir. 
Daha sonra AccessBank-ın əməkdaşı Pərvin Məmmədov "İstehlakçı hüquqlarının müdafiəsi” mövzusunda  sahibkarlara fəaliyyət dövründə lazım olan mövzularla bağlı təlim keçərək iştirakçıların suallarını cavablandırdı.   
Lənkəran şəhərində keçirilən təlimdə isə klinik psixoloq Könül Qasımova qadın sahibkarlara "Emosional zəka və müştəri ilə münasibət” mövzusunda təlim keçərək kommunikasiyalarda emosional münasibətlərin vacibliyini qeyd etdi.  
Gəncə şəhərində təşkil edilən təlim əsasən "Maliyyə savadlılığının artırılması” mövzusuna həsr edlilib, sahibkar qadınlara biznesin və vəsaitlərin idarə edilməsinə dair təlimatlar təqdim edilib.  
AccessBank-ın dəstəyi ilə növbəti təlimlər Gəncə və Şəki şəhərlərində keçiriləcək və "Emosional zəka və müştəri ilə münasibət”, "Maliyyə savadlılığı və maliyyəyə çıxış imkanları”, "SMM üçün fotoçəkiliş”, "Qadın liderliyi və qərarvermə proseslərində qadınların rolunun artırılması” kimi mövzulara həsr ediləcək. 

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: https://bit.ly/accessbank-filiallar

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hörmüzün açılması üçün şərtləri açıqladı
01:21 15.08.2026
Hörmüzün açılması üçün şərtləri açıqladı
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
00:54 15.08.2026
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
Özünü hər sahədə göstərə bilən bürclər
00:42 15.08.2026
Özünü hər sahədə göstərə bilən bürclər
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
00:38 15.08.2026
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
00:30 15.08.2026
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
"Avroviziya"nın qaydaları dəyişdirildi
00:26 15.08.2026
"Avroviziya"nın qaydaları dəyişdirildi
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
00:20 15.08.2026
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
00:06 15.08.2026
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
Bürclər bu günə nə deyir?
00:04 15.08.2026
Bürclər bu günə nə deyir?
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
23:52 14.08.2026
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
23:46 14.08.2026
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
23:36 14.08.2026
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
23:26 14.08.2026
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
23:16 14.08.2026
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
23:06 14.08.2026
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
Böyükşorda su niyə yaşıl rəngdədir? - Dövlət xidmətindən açiqlama - FOTO
22:59 14.08.2026
Böyükşorda su niyə yaşıl rəngdədir? - Dövlət xidmətindən açiqlama - FOTO