“AccessBank” birinci rüb ərzində kredit portfelini 18 milyon artırıb

“AccessBank” birinci rüb ərzində kredit portfelini 18 milyon artırıb
İQTİSADİYYAT
15:31 23.04.2021
483
Mikro, kiçik və orta biznesin kreditləşməsi bazarının lideri olan "AccessBank” 2021-ci ilin birinci rübü üzrə maliyyə göstəricilərini elan edib.

AZXEBER.COM xəbr verir ki, göstəricilər ilə tanış olmaq üçün:


Birinci rübün sonunda Bankın aktivləri 848 milyon manat təşkil edir.

Eyni tarixə Bankın xalis kredit portfeli 477.2 milyon manatdır. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üzrə ehtiyatlar nəzərə alınmadan, Bankın portfeli 520 milyon manat təşkil edib. Birinci rüb ərzində Bankın balansındakı kredit portfelinin payı 59%-dən 61%-ə qalxıb.

Bundan başqa, 2021-ci ilin ilk rübü ərzində "AccessBank” 130 milyon manat məbləğində kredit verib. Kredit portfelində artım 2020-ci ilin sonuna nisbətən 18.3 milyon manat təşkil edib. Bank tərəfindən verilən aylıq kreditlərin 50%-dən çoxu bölgə filiallarının payına düşüb və bütün mikrokreditlərin təxminən 40%-i kənd təsərrüfatı sektoruna verilib.

Mart ayının sonuna Bankın əmanət portfeli 614 milyon manat təşkil edib.

Habelə, 2021-ci ilin birinci rübü ərzində bankın xalis faiz gəlirləri 12.2 milyon manata bərabər olub.

"AccessBank”ın 2021-ci ilin birinci rübündə xalis mənfəəti 135 min manat olub.

Hazırda Bankın cəmi məcmu kapitalı 78.4 milyon manat təşkil edir ki, bu da minimum məcmu kapital normasından (50 milyon manat) 28.4 milyon manat çoxdur.

Mart ayının sonuna Bankın ani likvidlik əmsalı 75% təşkil edib. Bu isə normadan (30%) təxminən 2.5 dəfə yüksəkdir.

"AccessBank”ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Yevgenia Qaşikulina 2021-ci ilin birinci rübünün nəticələrini şərh edib: "Bank, biznes planla müqayisədə kredit portfelininin göstəricilərini 70% üstələyib. Tərəfdaşlığın bizim üçün əhəmiyyətini əyani şəkildə göstərərək, sahibkarlara maliyyə dəstəyi verməkdə davam edirik. Komandamız karantin vəziyyətindən çıxan bizneslərə bərpa olunmaqları üçün maksimum kömək edir. Bankın maliyyə göstəricilərinin 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə bir qədər aşağı olsa da, portfelimizi qısa müddət ərzində bərpa edib, əməliyyat səmərəliliyini əhəmiyyətli dərəcədə artıracağımıza əminik.”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:55 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir