AccessBank-dan startap ekosisteminə dəstək: “Bizdən Biznesə”nin qalibləri seçildi

AccessBank-dan startap ekosisteminə dəstək: “Bizdən Biznesə”nin qalibləri seçildi
İQTİSADİYYAT
11:01 29.12.2025
1889

AccessBank artıq ikinci dəfədir reallaşdırdığı "Bizdən Biznesə” startap müsabiqəsinin yekunlarını uğurla qeyd edir. Bu dəfə layihənin tərəfdaşları sırasına Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) əlavə qlobal səviyyəli "VİSA” şirkəti də qoşulub.

 

AccessBank-ın təşəbbüsü, KOBİA-nın dəstəyi və VİSA-nın əlavə maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi yenilikçi ideyalara dəstək olmaq, yeni sahibkarlar üçün imkanları artırmaq, iqtisadi artımı stimullaşdırmaq, eləcə də, insanlara biznes ideyalarını reallaşdırmaq üçün platforma təqdim etməkdir.   "Bizdən Biznesə” müsabiqəsi iştirakçılarına öz biznes-planlarını təqdim etməklə yaradıcılıq və sahibkarlıq bacarıqlarını sərgiləmək və eyni zamanda həyata keçirmək imkanı yaradır.

 

«Artıq iki ildir ki, "Bizdən Biznesə” layihəsini həyata keçiririk və məqsədimiz onu davamlı etməkdir. Çünki müraciət edən startap layihələrinin ildən-ilə daha maraqlı və innovativ olduğunu müşahidə edirik. Layihənin ilk ilində KOBİA-nın dəstəyi ilə uğurla həyata keçirilən bu təşəbbüsə bu il qlobal şirkət olan VISA-nın tərəfdaş kimi qoşulması layihənin davamlılığına olan inamımızı daha da gücləndirir. Bu əməkdaşlıq, eyni zamanda, layihənin genişləndirilməsinə, mükafat fondunun və qaliblərin sayının artırılmasına imkan yaradıb. AccessBank artıq 20 ildən çoxdur ki, Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək göstərir və bu yolda qarşılaşılan çətinlikləri yaxından tanıyır. Məqsədimiz bu layihə vasitəsilə yeni sahibkarların qarşılaşdığı əngəllərin aradan qaldırılmasına töhfə verməkdir», - deyə AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri deyib.

 

Bu il 15 oktyabr tarixində elan olunan müsabiqəyə 1 ay ərzində 500-dən artıq müraciət daxil olub. Münsiflər heyəti tərəfindən daxil olan layihələr arasında innovasiya, kreativlik, davamlılıq və gəlirlilik meyarlarına uyğun olan 20 layihə seçilib. İkinci mərhələdə isə 10 layihə finala çıxıb.

 

Final mərhələsində münsiflər heyətinin qərarına əsasən I yerin sahibi "Smarted Solutions” (Səfər İmanlı) şirkəti "Smart Cart” layihəsi ilə, II yerin sahibi "Lumimex” şirkəti "Günəş panelləri üçün örtüklərin istehsalı” layihəsi ilə, III yerin sahibi isə Elşən Hümbətov "Agritech Hydro Karabakh" layihəsi ilə elan olunub. Bundan əlavə, layihənin tərəfdaşı olan "VISA” şirkəti tərəfindən xüsusi yerin sahibi olaraq Fidan Quliyeva "İmaret Botanica” təbii kosmetik məhsullar istehsalı layihəsi ilə seçilib.

 

Layihənin şərtlərinə görə, I yerin sahibinə 25 000 AZN, II yerin sahibinə 20 000 AZN, III yerin sahibinə isə 15 000 AZN dəyərində mükafat verilib. Həmçinin "VISA” şirkəti tərəfindən xüsusi seçilmiş yerin sahibinə 15 000 AZN dəyərində pul mükafatı təqdim olunub.  Qaliblər mükafatı yalnız nağdsız hesablaşma formasında istifadə edə bilərlər və bir il ərzində AccessBank vasitəsilə ölkə daxili bütün bank əməliyyatlarında komissiya ödənişlərindən azad olunacaqlar.

 

"Bizdən Biznesə”-nin təşkilatçıları bu müsabiqə ilə startap ekosistemini gücləndirməklə sahibkarlıq mühitini daha da inkişaf etdirməyi, gənc və yenilikçi sahibkarları dəstəkləməyi hədəfləyirlər.

 

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-ü bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: https://bit.ly/accessbank-filiallar .

 

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

 

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. 

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
16:15 08.11.2026
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
16:13 08.11.2026
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
16:12 08.11.2026
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"
16:10 08.11.2026
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"