AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR

AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
İQTİSADİYYAT
14:26 05.10.2026
122

Xankəndi şəhərində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə "VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib. Forum AccessBank-ın tərəfdaşlığı, "Karabakh Training Center” və "World” Təhsil və İnkişaf platformasının təşkilatçılığı ilə həyata keçirilib.

"ÖyrədənSƏN” devizi ilə baş tutan forumun əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə təhsilin inkişafına dəstək olmaq, müasir və innovativ yanaşmaları təşviq etmək və regionda təhsil mühitinin formalaşmasına töhfə verməkdir.

Tədbirdə ölkənin müxtəlif bölgələrindən əməkdar müəllimlər, təhsil ekspertləri, dövlət qurumlarının nümayəndələri və təhsil ictimaiyyətinin digər üzvləri iştirak ediblər.

Tədbirin rəsmi hissəsində Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Xasay Cahangirov, Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov, Qarabağ Universitetinin nümayəndəsi və digər qonaqlar çıxış ediblər.  Çıxışlarda işğaldan azad olunmuş ərazilərdə insan kapitalının inkişafı, müəllim əməyinin rolu və qiymətləndirilməsi, regionun sosial-iqtisadi inkişafını dəstəkləyən güzəşt və azadolmalar, eləcə də təhsil sahəsində innovativ layihələrin həyata keçirilməsi məsələlərinə toxunulub.

Forum təhsil sahəsində çalışan peşəkarların təcrübə mübadiləsi aparması, yeni yanaşmaları müzakirə etməsi və Qarabağda təhsilin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparması üçün platforma yaradıb.

Təhsilin inkişafını və insan kapitalına sərmayəni uzunmüddətli inkişafın əsas istiqamətlərindən biri kimi qiymətləndirən AccessBank müxtəlif layihə və təşəbbüslər vasitəsilə bu sahəyə dəstəyini davam etdirir. Bankın "VətəndəSƏN” II Qarabağ Təhsil Forumuna tərəfdaşlığı da Qarabağda təhsil mühitinin inkişafına, müəllimlərin təcrübə mübadiləsinə və regionun insan kapitalının gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə www.accessbank.az müraciət edə bilərsiniz. 

 

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
15:01 05.10.2026
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
14:55 05.10.2026
“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
14:50 05.10.2026
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
14:32 05.10.2026
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
14:26 05.10.2026
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
14:23 05.10.2026
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
14:13 05.10.2026
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
13:57 05.10.2026
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
13:44 05.10.2026
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
13:41 05.10.2026
Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri
13:19 05.10.2026
“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri
Sabahın havası ilə bağlı xəbərdarlıq - Leysan olacaq
13:09 05.10.2026
Sabahın havası ilə bağlı xəbərdarlıq - Leysan olacaq
Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək
13:01 05.10.2026
Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək
"Quba Palace Hotel"in Qolf meydançasında yeni simalar – məktəblilər üçün dərslər başladı - FOTOLAR
12:58 05.10.2026
"Quba Palace Hotel"in Qolf meydançasında yeni simalar – məktəblilər üçün dərslər başladı - FOTOLAR
İlham Əliyev Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR
12:49 05.10.2026
İlham Əliyev Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR
Ramil Usubovun ailəsində - ağır itki
12:46 05.10.2026
Ramil Usubovun ailəsində - ağır itki