“AccessBank”dan yaşı 65 və daha yuxarı olan müştərilərə özəl xidmət

İQTİSADİYYAT
13:32 02.04.2020
510
"AccessBank” Nazirlər Kabineti yanında operativ qərargahın 65 yaşdan yuxarı vətəndaşlara dair qəbul etdiyi qərarı nəzərə alaraq,  yaşlı müştərilərə özəl xidmət təklif edir. 
 
AZXEBER.COM xəbər verir ki, bank, yaşlı müştərilərinin sağlamlığını düşünərək, onlara effektiv və keyfiyyətli xidmət göstərir. Bunun üçün 65 yaşdan yuxarı müştərilərə məsafədən xidmət təklif olunur. Karantin müddətində yaşlı müştərilərinin əlaqə nömrələrinə məlumatlandırıcı mesajlar göndərilir. 

"AccessBank” 65 və daha yuxarı yaşı olan müştərilərə 151 məlumat mərkəzi vasitəsilə aşağıdakı xidmətləri təklif edir: 
 
 Mövcud əmanətin müddətinin uzadılması və ya  digər valyutaya konvertasiyası
 
 Mövcud kreditin restrukturizasiyası 
 
 Öz hesablararası köçürmələr və kommunal ödənişlərin həyata keçirilməsi 
 
 Yeni ödəniş kartının sifarişi və kuryer vasitəsilə müştəriyə çatdırılması
 
 Mövcud ödəniş kartının blokdan çıxarılması və bloka salınması 
 
 SMS bankçılığın aktivləşdirilməsi
 
 Kart limitinin aradan qaldırılması
 
 Kreditin qismən və ya tam ödənişi 

"AccessBank” müştərilərinə karantin rejimində dəstək olmaqda davam edəcək. 




OXŞAR XƏBƏRLƏR