Açılışda piton ilanı həyəcanlı anlar yaşatdı - Fotolar

Açılışda piton ilanı həyəcanlı anlar yaşatdı - Fotolar
MAQAZİN
12:41 09.03.2018
3073
Xanımların sevimli məkanı Saxara Color Academy-nin açılışı olub
 
AZXEBER.COM xəbər verir ki, ölkənin ilk və tək kalaristika mərkəzi olan bu məkan möhtəşəm dizaynı, fərqli ambiansı ilə gələnləri valeh edib. Açılışa bir sıra media əməkdaşları, tanınmış simalar, fashion bloggerlər, modellər, məşhur stilistlər və. s təşrif buyurublar.

 Daha sonra mərasimin dinamikasını öz ilan şousu ilə artıran rəqqasə Aygün səhnəyə çıxıb. O, ilk rəqs nömrəsini bitirib növbəti rəqsə hazırlaşmaq üçün geyinmə otağına yollanıb. Elə bu vaxt onun vahiməli rəqs aksessuarı olan piton Aygünün boynuna dolanıb. Rəqqasə ilanın qıvrılması ilə boğulma təhlükəsi yaşayıb.Gecənin aparıcısı Eldar İbrahimoglunun və salon personalının köməkliyi ilə ilanı ram etmək mümkün olub. Baş verən ani olay qonaqlarda qorxu və həyəcan yaradıb. Sıxılmanın təsirindən halı dəyişən Aygün rəqs şousunu davam etdirə bilməyib.

Açılışda daha maraqlı bir auksion baş tutub. Belə ki, ilk dəfə saç baxımı, rəngi, qulluğu üçün stilist Saxara ömür boyu 20 faiz endirim, I VİP müştəri statusu, özəl günlərdə tam ödənişsiz hədiyyələr və.s üstünlükləri olan xüsusi kartı auksina çıxarıb. Kart auksionda bir müştəri tərəfindən qazanılıb. 

Qeyd edək ki, Saxara 8 marta özəl xanımları özünəməxsus hədiyyə çələngi ilə sevindirir. Martın 7-si bütün xanımlar Saxaranın rəng akademiyasındaki geniş imkanlarından pulsuz yararlana bilərlər. Stilist Saxaranın daha bir özəl günü vardır ki, hər həftənin 6-cı günü möhtəşəm ambians canlı musiqi sədaları altında xüsusi içki və yemək servisi ilə saç baxımı, terapiyası, sağlamlaşdırılması prosesi aparılır.
 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR