ADA Universiteti və Bank of Baku “Mini-MBA” proqramı uğurla yekunlaşdı - FOTOLAR

ADA Universiteti və Bank of Baku “Mini-MBA” proqramı uğurla yekunlaşdı - FOTOLAR
İQTİSADİYYAT
11:28 28.10.2025
201

ADA Universiteti ilə Bank of Baku-nun əməkdaşlıq memorandumu çərçivəsində universitetin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA” Proqramı uğurla başa çatıb. Bu münasibətlə ADA Universitetində oktyabrın 27-də Bank of Baku və universitetin rəhbər heyəti, ekspert heyəti, eləcə də proqram iştirakçıları ilə birgə Məzun Günü keçirilib.

ADA Universiteti tərəfindən xüsusi olaraq hazırlanmış "Mini-MBA” proqramının əsas məqsədi rəhbər şəxslərin menecment bacarıqlarını daha da inkişaf etdirmək, strateji düşünmə və qərar qəbul etmə, eləcə də liderlik, ünsiyyət və problem həll etmə bacarıqlarını gücləndirməkdir. Dərslər ADA Universitetinin təcrübəli professor-müəllim heyəti tərəfindən aparılıb. On moduldan ibarət birillik proqram liderliyin əsasları, strategiya hazırlanması, maliyyə menecmenti, layihə idarəetməsi, marketinq, menecerlər üçün iqtisadiyyat, biznes analitikası, komanda idarəçiliyi və s. kimi mövzuları əhatə edib.

Bank sektorunda ilk dəfə Bank of Baku üçün təşkil edilən proqram çərçivəsində Bank of Baku-nun rəhbər vəzifədə çalışan 30 əməkdaşı tədris alıb.

Tədbirin açılışında çıxış edən ADA Universitetinin prorektoru Elkin Nurməmmədov proqramın nəzəri və praktiki biliklər arasında balanslı yanaşma ilə hazırlandığını, təlimçilərin həm ADA Universitetinin professor-müəllim heyətini, həm də özəl sektoru təmsil edən təcrübəli peşəkarları əhatə etdiyini qeyd edib. O, iştirakçılar arasında maraqlı müzakirələrin aparıldığını, müəllim kimi peşəkar auditoriya qarşısında dərs deməkdən məmnunluq duyduğunu və proqramın işgüzar mühit üçün əhəmiyyətini xüsusi vurğulayıb.

Bank of Baku-nun İdarə Heyətinin sədri Həsən Quliyev isə öz çıxışında hazırkı dövrdə biznes sahəsində rəqabətlilik yaradan amillərin yalnız maddi və ölçüləbilən resurslarla kifayətlənmədiyini, insan resurslarının keyfiyyətinin yüksəldilməsinin də biznesə rəqabətədavamlılıq qazandırdığını vurğulayıb. Bu baxımdan proqramda əldə olunan bilgilərin real iş mühitində verəcəyi müsbət nəticə və faydalara inamını ifadə edən Həsən Quliyev, son olaraq ADA Universiteti ilə müxtəlif inkişaf imkanlarının yaradılması istiqamətində əməkdaşlığın davamlı olacağına dair fikirlərini bildirib. 

ADA Universitetinin İxtisasartırma proqramının rəhbəri Aygün Hacıyeva isə öz çıxışında proqramın effektliyi haqqında ətraflı məlumat verərək, ADA Universiteti ilə Bank of Baku arasında əməkdaşlığın bundan sonra da davam edəcəyinə inandığını bildirib. 

Sonda proqramdan məzun olan iştirakçılara ADA Universitetinin prorektoru Elkin Nurməmmədov, onun müşaviri İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva və Bank of Baku-nun İdarə Heyətinin sədri Həsən Quliyev tərəfindən sertifikatlar təqdim edilib və xatirə fotosu çəkilib.

Məlumat üçün bildirək ki, 30 ildən çoxdur ki, fəaliyyət göstərən Bank of Baku-da hazırda 1000-dən çox əməkdaş çalışır. Bank of Baku paytaxt Bakı və regionlarda olmaqla 20 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

-www.bankofbaku.com 

www.facebook.com/bankofbaku

 

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir