Ağdam, Bərdə və Tərtərlilərə bəd xəbər

Ağdam, Bərdə və Tərtərlilərə bəd xəbər
Bütün Xəbərlər
20:37 24.01.2013
2000
Ağdam, Bərdə və Tərtər rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. 
Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalay Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq sabah 25 yanvar tarixdə saat 10:00-dan 17:00-dək “Tərtər” və “Bərdə” Avtomatik Qazpaylayıcı Stansiyalarında, həmçinin “Azadqaraqoyunlu” Avtomatik Qazpaylayıcı Stansiyasının “Ağdam-Dördyol” və “Tərtər-2” ölçü qovşaqlarında təbii qaz təchizatı dayandırılacaq.Təmir işləri aparılan müddətdə Bərdə, Tərtər və Ağdam rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.
OXŞAR XƏBƏRLƏR