Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalay Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq sabah 25 yanvar tarixdə saat 10:00-dan 17:00-dək “Tərtər” və “Bərdə” Avtomatik Qazpaylayıcı Stansiyalarında, həmçinin “Azadqaraqoyunlu” Avtomatik Qazpaylayıcı Stansiyasının “Ağdam-Dördyol” və “Tərtər-2” ölçü qovşaqlarında təbii qaz təchizatı dayandırılacaq.Təmir işləri aparılan müddətdə Bərdə, Tərtər və Ağdam rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.