Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanıldı.
AZXEBER.COM Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Müqabil Abbassoylu AR Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (ASAN) xidmətdə olan polis əməkdaşları tərəfindən saxlanılıb.
M.Abbasov Nərimanov RPİ-yə təhvil verilib.