Adam Məmmədovun verilişi efirə qayıtdı: İnsan və Qanun

KRİMİNAL
22:54 16.01.2021
1404
Peşəkar vəkil Adəm Məmmədovun”Lider” televiziyası ilə birgə layihəsi olan”İnsan və Qanun” verilişi qısa müddətlik fasilədən sonra efirə qayıdır.
Bu barədə vəkil AZXEBER.COM-a açıqlamasında bildirib.

 "LİDER” TV-nin rəhbərliyi ilə müəllifi və aparıcısı olduğum "İnsan və Qanun" adlı verilişimizin yayımlanması üçün müqavilə imzalandı. Verilişimizin ilk mövzusu müharibədən zərərçəkmiş şəxslərin hüquqları haqqında olacaqdır.Sözügedən mövzu ətrafında fikir mübadiləsi aparılacaq, mövcud problemlərdən çıxış yolu axtarılacaq. 

Olduqca maraqlı və gərgin keçən verilişi tamaşaçılar 24 yanvar axşam saat 22:00-da Lider TV-də izləyə biləcəksiniz.

OXŞAR XƏBƏRLƏR