Adam oğrularına hökm oxundu

Adam oğrularına hökm oxundu
Bütün Xəbərlər
14:18 30.05.2013
856

Gəncə Ağır Cinayətlər Məhkəməsində Gəncə şəhər sakinləri, 27 yaşlı Mobil Hüseynov və 22 yaşlı Tural Bağırovun məhkəməsi başa çatıb.

AZXEBER.COM-un məlumatına görə, adam oğurluğunda təqsirli bilinən Mobil Hüseynov 3 il, Tural Bağırov 2 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin aprel ayının 2-də Mobil xalası oğlu Turaldan evlənmək məqsədi ilə azyaşlı Z.S-nı qaçırmaq qərarına gəlib.

Tural Bağırovun idarə etdiyi “VAZ-21013” markalı avtomobildən qızın yaşadığı ünvana gələrək onu gözləyib.

Qız evlərinə gələn zaman xalası oğlu ilə köməkləşib onu avtomobilə mindirərək qaçırıb. Həmin gün axşam qızın yerini müəyyən edən polis əməkdaşları Z.S-nı azad ediblər.

OXŞAR XƏBƏRLƏR