Ağdam sakini Mingəçevirdə bıçaqlandı

Ağdam sakini Mingəçevirdə bıçaqlandı
HADİSƏ
23:19 23.10.2025
92
Mingəçevirdə Ağdam rayon sakini kəsilmiş-deşilmiş bədən xəsarətləri alıb. Yaralı dərhal əməliyyata alınıb. 

AZXEBER.COM xəbər verir ki, "Unikal”ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində yerləşən köçkün şəhərciyində baş verib.

1990-cı il təvəllüdlü Ağdam rayon sakini Abbasov Elvin Sərdar hələ ki məlum olmayan şəraitdə bıçaqla kəsilmiş-deşilmiş bədən xəsarətləri alıb.Təcili xəstəxanaya çatdırılan yaralı dərhal əməliyyata alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal”ın sorğusuna cavab olaraq bildirilib ki, 36 yaşlı şəhər sakininin kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR