Ağdamda bir ailənin üç üzvünün ölümünün dəhşətli TƏFƏRRÜATI

Ağdamda bir ailənin üç üzvünün ölümünün dəhşətli TƏFƏRRÜATI
SOSİAL
00:19 06.07.2026
189
Ağdam rayonunda bir ailənin üç üzvünün su anbarında boğulmasının təfərrüatı məlum olub.

AZXEBER.COM xəbər verir ki, ailənin yaxınları Oxu.az-a bildiriblər ki, hadisə ailə üzvlərinin çimərkən boğulması nəticəsində baş verməyib.

Məlumata görə, rayonun Cinli kənd sakini, 1985-ci il təvəllüdlü Şərif Şəmşəddin oğlu İsgəndərov həyat yoldaşı Humay İsgəndərova və övladları - 2008-ci il təvəllüdlü Tunar Şərif oğlu İsgəndərov, 2009-cu il təvəllüdlü Fidan Şərif qızı İsgəndərova və 2014-cü il təvəllüdlü Ülvi İsgəndərovla birlikdə Ağdamın işğaldan azad olunmuş Xaçındərbənd kəndinə istirahətə gedib.

Onlar kənd ərazisində gəzərkən su anbarının yaxınlığında ailəvi şəkil çəkdirmək qərarına gəliblər. Bu zaman 12 yaşlı Ülvi İsgəndərovun ayağı sürüşərək su anbarına düşüb.
Hadisəni görən anası Humay İsgəndərova övladını xilas etmək üçün özünü suya atıb. Ardınca Şərif İsgəndərov da həyat yoldaşı və övladını xilas etmək məqsədilə su anbarına girib.

Yaxınlarının sözlərinə görə, Şərif İsgəndərov həyat yoldaşı və oğlunu sudan çıxarmağa müvəffəq olub. Lakin daha sonra su anbarının lil olan hissəsinə düşərək orada köməksiz vəziyyətdə qalıb.

Bu zaman Tunar və Fidan atalarını xilas etmək üçün suya atılıblar. Lakin onlar da atalarını xilas etməyə çalışarkən boğulublar.
OXŞAR XƏBƏRLƏR