Ağdamda əkin sahəsində mina tapılıb

Ağdamda əkin sahəsində mina tapılıb
Bütün Xəbərlər
14:12 17.12.2013
641
Ağdamın Mahrızlı kəndində sakinlər tərəfindən əkin sahəsində bir ədəd tank əleyhinə minanın döyüş başlığı tapılıb.
Azxeber.com-un verdiyi məlumata görə, minanın partlamaması möcüzə olub.
Çünki bu ərazi uşaqların oynadığı, sakinlərin mal-qara otardığı və əkin əkdiyi yerdir.
Aşkarlanan hərbi sursatı kənd sakini İntiqam Əsədov yerdən çıxararaq təhlükəsiz əraziyə aparıb. Daha sonra isə mina hərbiçilərə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR