Ağdamda iki maşın toqquşub, bir hərbçi və bir həkim xəsarət alıb

Ağdamda iki maşın toqquşub, bir hərbçi və bir həkim xəsarət alıb
Bütün Xəbərlər
18:01 25.12.2013
793
Ağdamda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində qeydə alınıb.

“VAZ-2107” markalı iki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Xəsarət alanlardan biri hərbçi, digəri həkimdir. Hərbçi Rüstəm Cəfərov ilkin tibbi yardımdan sonra kəllə-beyin travması diaqnozu ilə yaxınlıqda yerləşən hərbi hospitala yerləşdirilib.

Digər zərərçəkən, Ağdam rayonunun Pirzadlı kəndindən məcburi köçkün Nadir Xudiyev isə Ağdam MRX-nın Təcili Tibbi Yardım Xidmətinin həkimidir. Onun xəsarətləri yüngül olduğundan tibbi yardım göstərildikdən sonra evə buraxılıb.(APA)

OXŞAR XƏBƏRLƏR