Ağdamda insan sümüklərinə bənzər skelet qalıqları tapıldı

Ağdamda insan sümüklərinə bənzər skelet qalıqları tapıldı
SOSİAL
20:21 22.06.2026
223
Ağdam rayonunda aparılan qazıntı işləri zamanı insan sümüklərinə bənzər skelet qalıqları aşkar edilib.

AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Baş Qərvənd kəndi ərazisində qeydə alınıb.

Ərazidə fəaliyyət göstərən şirkət tərəfindən aparılan qazıntı işləri zamanı tapılan qalıqlarla bağlı aidiyyəti dövlət qurumlarına məlumat verilib.

Bundan sonra hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub və aşkarlanan qalıqlara baxış keçirilib.

İlkin məlumata görə, sümüklərin mənşəyinin və kimə aid olduğunun müəyyənləşdirilməsi məqsədilə ekspertizalar təyin edilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR