Ağdamda kişi qətlə yetirildi - Kürəkəni tutuldu

Ağdamda kişi qətlə yetirildi - Kürəkəni tutuldu
SOSİAL
09:09 25.08.2026
220
Ağdamda qətl hadisəsi törədilib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Səfərli qəsəbəsində qeydə baş verib.

Belə ki, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu şəxsi münasibətlər zəminində bıçaqlanıb. Z.Hüseynov aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Onu qətlə yetirməkdə kürəkəni, 1996-cı il təvəllüdlü Eldəniz Elşən oğlu Qənbərov şübhəli bilinir. E.Qənbərov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR