"Ağdamda şəhid olan Murad Davudovun xahişi var idi ki, dönəndə öz iş yerinə yenidən qayıda bilsin" (FOTOLAR)

"Ağdamda şəhid olan Murad Davudovun xahişi var idi ki, dönəndə öz iş yerinə yenidən qayıda bilsin" (FOTOLAR)
Bütün Xəbərlər
10:48 22.09.2011
5383
Xəbər verdiyimiz kimi,18 sentyabr tarixində Milli Ordunun əsgəri Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında tank əleyhinə minanın partlaması nəticəsində şəhid olub. N saylı hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Davudov Murad Qurban oğlunun tank əleyhinə mina ilə ehtiyatsız davranması nəticəsində partlayış baş verib. M. Davudov yerindəcə həlak olub.
AZXEBER.COM-un məlumatına görə, Murad əsgərlikdən öncə "NOVCO" Şirkətlər Qrupunda çalışıbmış. Şirkətin prezidenti Fərid Novruzi bu haqda şəxsi facebook səhifəsində yazıb: "Murad bizim şirkətdə çalışırdı. Çox gözəl insan və çox bacarıqlı əməkdaşlarımızdan idi. Bu ilin iyun ayında əsgər getdi, Vətənimizi qorumağa getdi. Xahişi var idi ki, dönəndə öz iş yerinə yenidən qayıda bilsin. Biz söz verdik və söylədik ki, narahat olmasın...
Narahat olma Murad, rahat ol, yerin İnşAllah cənnətdir, çünki Vətən uğrunda şəhid oldun.
İnşAllah qisasını tezliklə almağa, torpaqlarımızı erməni dığalarından təmizləməyə Rəbbimiz bizə izin verər. Səni unutmayacağıq"
AZXEBER.COM şəhidimizin fotolarını təqdim edir. Allah rəhmət eləsin
OXŞAR XƏBƏRLƏR