Ağdamda Özbəkistanın gənc şairi Şöhrət Arifin kitabının təqdimatı olub - FOTOLAR

Ağdamda Özbəkistanın gənc şairi Şöhrət Arifin kitabının təqdimatı olub - FOTOLAR
MƏDƏNİYYƏT
18:47 20.07.2026
1097
İkinci Türk Dünyası Gənc Şairlər Festivalı çərçivəsində Ağdam Muğam Mərkəzində Özbəkistan Jurnalistlər Birliyinin sədri, tanınmış şair və publisist Şöhrət Arifin Azərbaycan dilində nəşr olunan "Məktubdur ömrüm” kitabının təqdimatı keçirilib.

AZXEBER.COM xəbər verir ki, Dünya Gənc Türk Yazarlar Birliyinin başçısı, şair-publisist İntiqam Yaşarın moderatorluğu ilə baş tutan tədbirdə TÜRKSOY-un baş katibi, yazıçı Sultan Raev, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Beynəlxalq məsələlər üzrə katibi, şair Səlim Babullaoğlu, Ankara Sosial Elmlər Universitetinin rektoru Musa Kazım Arıcan, Türkiyə Yazarlar Birliyinin sədri Muhammed Enes Kala, Türkmənistan Mədəniyyət Nazirliyinin əməkdaşı Akmurad Rəcəbov, eləcə də Türk dünyasından gəlmiş tanınmış ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər.

Çıxış edənlər son illərdə Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əlaqələrin daha da inkişaf etdiyini vurğulayıblar. Natiqlər Şöhrət Arifin yaradıcılığının Azərbaycan oxucusuna təqdim olunmasını iki qardaş xalqın ortaq mənəvi dəyərlərinin təbliği baxımından mühüm hadisə kimi dəyərləndiriblər.

Bildirilib ki, nəşr Türk dünyasının ədəbi inteqrasiyasına, qarşılıqlı tərcümə ənənələrinin zənginləşməsinə və mədəni əməkdaşlığın genişlənməsinə dəyərli töhfədir.

"Məktubdur ömrüm” kitabı Dünya Gənc Türk Yazarlar Birliyi ilə "Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin birgə layihəsi çərçivəsində ərsəyə gəlib. Layihənin əsas məqsədi Türk dünyasının ortaq mənəvi irsini təbliğ etmək, Azərbaycan–Özbəkistan ədəbi əlaqələrini daha da möhkəmləndirmək, çağdaş özbək poeziyasını Azərbaycan oxucularına tanıtmaq və Türk xalqları arasında ədəbi-mədəni əməkdaşlığı dərinləşdirməkdir.

Nəşri Azərbaycan dilinə AYB üzvü, "İsmayıllı Yazarları” İctimai Birliyinin sədri, şair-publisist Şahməmməd Dağlaroğlu (Soltanov) və Beynəlxalq "Alaş” Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı uyğunlaşdırıblar. Kitabın redaktoru Əkbər Qoşalı, məsləhətçiləri "Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova və Özbəkistanın "Kitab dünyası” qəzetinin baş redaktoru, şair-publisist Xasiyyət Rüstəmdir.

Bədii rəyçilər AYB katibi, şair-tərcüməçi Səlim Babullaoğlu və Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair İntiqam Yaşar, layihənin koordinatoru isə "Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədr müavini Nilufər Lətifdir.

Tədbir zamanı müəllifin yaradıcılığı haqqında ətraflı məlumat verilib, kitabdan şeir nümunələri səsləndirilib.

Sonda qonaqlar müəllifi təbrik edərək bu nəşrin Azərbaycan və Özbəkistan arasında yeni ədəbi layihələrin həyata keçirilməsinə zəmin yaradacağına əminliklərini bildiriblər.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı