“Adamın nə qədər villası olar?..”- YAP-çı millət vəkili hökuməti və məmurları "yıxıb-sürüdü"

“Adamın nə qədər villası olar?..”- YAP-çı millət vəkili hökuməti və məmurları "yıxıb-sürüdü"
SOSİAL
13:27 07.12.2016
20078
Mən  bir millət vəkili olaraq, Azərbaycan  məmurunun xalqın taleyini düşündüyünə şübhə ilə yanaşıram.
 
Belə bir fikri millət vəkili Yevda Abramov  parlamentdə  büdcə müzakirələri zamanı deyib.
 
Tarif Şurasının qaz və elektrik enerjisinin qiymətini qaldırılmasına kəskin etirazını bildirən Y. Abramov deyib ki, məmurlar belə qəarar qəbul edərkən, görəsən, xalqı düşünürlərmi?
 
"Mən buna şübhə ilə yanaşıram”.
 
 Millət vəkili deyib ki, hökumət qazın qiymətini qaldırsa da, onun keyfiyyətinə fikir vermir,  təzyiq  aşağıdır.
Valyuta bazarlarında baş  verən hadisələrə toxunan millət vəkili bildirib ki, "qara bazar”da bu qədər pul kütləsi haradandır?
 
"Kimlər bu vəsaiti "qara bazar”a yönəldir?  Bu qədər pullar bu insanların əlinə haradan düşür?”– deyə, millət vəkili deyib.
 
Y.Abramov  valyutadəyişmə məntəqələrinin bağlanmasına da etiraz edərək bildirib ki, bu əslində "qara bazar”ın vüsət alamasına şərait yaradıb:
 
"Bu, eyni zamanda,  işsizliyi artırdı. Xeyli insan işsiz qaldı. Necə deyərlər, bu öz effektini vermədi”.
 
 Millət vəkili hökumətin iqtisadi böhranla bağlı dediyi fikirləri qəbul etməyərək bildirib ki, onlarla razı deyil:
 
 "Belə bir böhran yoxdur. Bu sadəcə, bəzi iri ölkələr tərəfindən neft hasil edən ölkələri çökdürmək üçün həyata keçirilən bir siyasətdir. Ona görə də bunlardan qorxmaq lazım deyil. Əksinə, səriştəlilik nümayiş etdirib, yaranmış vəziyyətdən çıxış yolları aramalıyıq”.
 
 Millət vəkili deyib ki, bunları  burada danışanda  çoxları deputatlardan  inciyir.
 
"Ancaq xalq da bizdən nəsə gözləyir və bizdən inciyir. Axı, belə də oturmaq olmaz?!
 
Mən bu gün rayonumuz üçün heç nə istəmirəm. Bilirəm ki, 2017-ci il daha da çətin il olacaq, amma xalq Azərbaycan məmurundan çox şey gözləyir. Bunun üçün ilk növbədə korrupsiyadan əl çəkmək lazımdır. Xalqın yanına getmək lazımdır. Bu korrupsiyadan əl çəkib, bir-iki il çətin yaşamağa örənmək lazımdır. Xalqı düşünmək lazımdır. İnsanın nə qədər villası olar, dəniz kənarında, dağda… Belə olmaz, axı?!  Danışırsan, deyirlər danışır, danışmırsan da, olmur”

/// Gununsesi.info
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır
19:42 10.10.2026
Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır
Zelenski: Ukrayna yaxın günlərdə F-16 qırıcıları üçün sursat alacaq
19:34 10.10.2026
Zelenski: Ukrayna yaxın günlərdə F-16 qırıcıları üçün sursat alacaq
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
19:29 10.10.2026
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
19:22 10.10.2026
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
19:16 10.10.2026
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
19:10 10.10.2026
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
Ermənistan ordusunda növbəti ölüm hadisəsi qeydə alınıb
19:06 10.10.2026
Ermənistan ordusunda növbəti ölüm hadisəsi qeydə alınıb
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
19:00 10.10.2026
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
18:55 10.10.2026
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
18:49 10.10.2026
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Nazir Məcnun Məmmədov Çində səfərdədir
18:43 10.10.2026
Nazir Məcnun Məmmədov Çində səfərdədir
Husilər yenidən Ər-Riyad aeroportuna hücum edib
18:41 10.10.2026
Husilər yenidən Ər-Riyad aeroportuna hücum edib
Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
18:36 10.10.2026
Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var
18:30 10.10.2026
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var
Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı
18:23 10.10.2026
Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı
Polkovnikə FHN-də yüksək vəzifə verildi
18:18 10.10.2026
Polkovnikə FHN-də yüksək vəzifə verildi