Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı
SOSİAL
18:14 03.10.2026
214
Ağdaşda ev yanıb.

Hadisə Ağdaş rayon Güvəkənd kəndində, 1970-ci il təvəllüdlü Baxışov Zülfüqar Zilhar oğluna məxsus fərdi yaşayış evində baş verib.

Yanğın yerinə Ağdaş rayon DYMH nin yanğınsöndürənləri cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 169 k/m metr olan 5 otaqlı fərdi yaşayış evinin 127 k/m sahəsi yanıb.

Hadisə zamanı ev sahibinin gəlini 1999-cu il təvəllüdlü Baxışova Şərifəxanım Maksud qızı və onun iki az yaşlı övladları 2022-ci il təvəllüdlü Baxışov Murad Şahmurad oğlu və 2024-cü il təvəllüdlü Baxışov Zülfüqar Şahmurad oğlu üz, bədən nahiyyələrindən yanıq xəsarətləri alıblar.

Yanğının səbəbi araşdırılır.
 
///qafqazinfo///
OXŞAR XƏBƏRLƏR