Ağdaşda iki qadın özünü binadan atıb – Zəlzələyə görə

Ağdaşda iki qadın özünü binadan atıb – Zəlzələyə görə
Bütün Xəbərlər
14:43 04.09.2015
1515

Ağdaş rayonunda zəlzələ zamanı iki qadın özünü binadan aşağı atıb.

AZXƏBƏR.COM xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, iki nəfər özünü yaşadığı evin ikinci mərtəbəsindən atıb, bir nəfər isə qaçarkən pilləkəndən yıxılaraq xəsarət alıb. Ağdaş Mərkəzi rayon Xəstəxanasının qəbul şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Ağdaş şəhərinin Müşfiq İsayev küçəsindəki 45 saylı evdə yaşayan, 1986-cı il təvəllüdlü İsmayılova Vəfa Fazil qızı və Ərəbocağı kənd sakini, 1953-cü il təvəllüdlü Hüseynova Səkinə Əmirqulu qızı zəlzələ zamanı qorxu və həyəcandan özünü yaşadığı evin ikinci mərtəbəsindən ataraq ağır kəllə-beyin travması və sınıq xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər və vəziyyətləri orta-ağır qiymətləndirilir.

OXŞAR XƏBƏRLƏR