Adəm Məmmədov yataqxanada seçiciləri ilə görüşüb - FOTOLAR

Adəm Məmmədov yataqxanada seçiciləri ilə görüşüb - FOTOLAR
Bütün Xəbərlər
02:24 19.10.2015
1042
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığını irəli sürən Adəm Məmmədovun seçiciləri ilə görüşləri davam edir.
AZXEBER.COM xəbər verir ki, o bu gün Sumqayıt şəhərində yerləşən keçmiş Azərbaycan Sumqayıt Universitetinin tələbə yataqxanasında seçicilərlə görüş keçirib. Namizədin seçki qərargahından verilən məlumatda deyilir:
Yataqxanadakı insanların yaşayış şəraiti çox ürək ağrıdıcı idi. Bu vaxta qədər  Milli Məclisə keçirilən bütün seçkilər zamanı, həmin yataqxanaya heç bir namizəd və deputatın gəlmədiyi məlum oldu. Hətta sakinlər hazırki deputat Astan Sahverdiyevi tanımadıqlarını bildirdilər. Adəm Məmmədov onların qayğıları ilə maraqlandı, seçicilərin problemlərini dinlədi. Seçicilər də 1 noyabr günü Adəm Məmmədova səs verəcəklərini bildirdilər. 
Görüşdən fotoları təqdim edirik: 
OXŞAR XƏBƏRLƏR