Adı qalmaqaldan ayrılmayan 'Texnikabank' adını dəyişdi
İQTİSADİYYAT
10:14 02.10.2012
2967
Azərbaycanın «Texnikabank» ASC adını «Bank Technique» ASC-yə dəyişib və vergi orqanlarında müvafiq qeydiyyat prosesini başa çatdırıb.Bankdan «APA-ECONOMICS»ə verilən məlumata görə, adın dəyişməsi bankın brend siyasətinə yenidən baxılması ilə bağlıdır.Xatırladaq ki, avqustun 15-də keçirilən bankın səhmdarlarının yığıncağında rebrendinqin keçirilməsi barədə qərar qəbul edilib.Bankdan bildirilib ki, adın dəyişməsi yalnız ilk addımdır və yeni brend siyasətinin reallaşması istiqamətində daha miqyaslı işlər, o cümlədən korporativ imicin dəyişməsi nəzərdə tutulur.