Adil Aliyev: "Cinayət varsa, cəzası da olmalıdır"

Adil Aliyev: "Cinayət varsa, cəzası da olmalıdır"
Bütün Xəbərlər
17:52 27.01.2016
3128
"Cinayət varsa, cəzası da olmalıdır. Uzaq qohumumuz olan İsa Əzizovun və dostlarının yanacaqdoldurma məntəqələrindən birində zorakılıq halına yol verdiyi bildirilir. Biz uzaq qohum olaraq bu şəxsin əməllərinə cavabdeh deyilik. Onun ailəsinin böyüyü həmin şəxsi tənbeh etməlidir. Təəssüf ki, bəzi saytlar məsələnin mahiyyətini kənara qoyaraq sanki əllərinə fürsət düşmüş kimi başlığa İsa Əzizovun bizimlə qohumluq əlaqlərini ön plana çəkirlər".
"
Report"un xəbərinə görə, bunu Milli Məclisin deputatı, Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri general-leytenant Məhərrəm Əliyevin qardaşı Adil Əliyev deyib.
O bildirib ki, İsa Əzizovun hərəkətində qanunsuzluq təsbit olunarsa, o da hamı kimi qanun qarşısında cavab verəcək. Bunun başqa alternativi yoxdur: "Bəzi saytlarda yazıblar ki, guya adıçəkilən şəxs Kikboksinq Federasiyasının üzvüdür. Bu da kökündən yanlış xəbərdir, İsa Əzizovun yaxından, uzaqdan federasiyamıza aiddiyyəti yoxdur, yarışlarımızda iştirak etməyib. Onun hansı idman növüylə məşğul olması haqqında da məlumatım yoxdur. Bir də ki, Kikboksinq Federasiyasının rəhbəri olaraq daima idmançılarımıza onu aşılayıram ki, rinqdən kənarda heç kimə qarşı güc nümayiş etdirmək olmaz, əks halda qanun qarşısında cavab verəcəksiniz. Sağ olsunlar, federasiyamızın idmançıları heç zaman üzümüzü qara etməyiblər, qazandıqları ancaq medallardır ki, bayrağımızı ucaldırlar. 
Hər gün ölkədə nə qədər cinayət hadisəsi baş verir. Bu kimi cinayətlər də onlardan biridir. Hər kəs özünə və ailə üzvlərinin hərəkətlərinə cavabdehlik daşıyır. Mən düşünürəm ki, ictimaiyyət də bu fikrimlə razılaşar. Biz ailəliklə dövlətimizə bağlı qanunsevər insanlarıq. Bu, həmişə belə olub və bundan sonra da belə olacaq. Buna kimsənin zərrə qədər də şübhəsi olmasın".
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov "Report"un sorğusuna cavab olaraq bildirib ki, Bakının Tbilisi prospektində "Azpetrol" yanacaqdoldurma məntəqəsində dava salan şəxslər saxlanılıb: "Yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər. Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanıblar".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı