Adil Qeybulla: TƏBİB-in Səhiyyə Nazirliyinə qaytarılmasının vaxtı çatıb

Adil Qeybulla: TƏBİB-in Səhiyyə Nazirliyinə qaytarılmasının vaxtı çatıb
SOSİAL
12:49 21.03.2026
379
Azərbaycanda səhiyyə sistemində struktur dəyişiklikləri davam edir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətlərinin əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə həvalə olunmasından sonra, növbəti mərhələdə TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi məsələsi gündəmə gəlib. Hökumət mənbələri bu istiqamətdə müzakirələrin aparıldığını bildirir. 

Tibb elmləri doktoru, professor Adil Qeybulla AZXEBER.COM-a bildirib ki, TƏBİB-in Səhiyyə Nazirliyinin strukturuna birləşdirilməsinin vaxtı çatıb:

"TƏBİB-in ayrılması icbari tibbi sığorta fəaliyyətinə bağlı idi və bu, bir növ praktiki sınaq mərhələsi kimi nəzərdə tutulmuşdu. Lakin artıq bu sınaq müddəti başa çatıb və TƏBİB-in ləğv edilərək Səhiyyə Nazirliyinin strukturuna birləşdirilməsinin vaxtı çatıb”.

Professor qeyd edib ki, indiki sistem müəyyən problemlərə malikdir:

"İcbari Tibbi Sığorta sisteminə ümumi nəzarət Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilməlidir, maliyyə məsələlərinə isə aidiyyəti maliyyə qurumları nəzarət edə bilər. Yəni mümkün qədər vahid icraedici qurum formalaşdırılmalıdır ki, həm işin effektivliyi, həm də məsuliyyət bölgüsü təmin olunsun. Bu halda məsuliyyət də bir qurumun üzərinə düşəcək.
Hazırda xəstəxanaların bir hissəsinin TƏBİB-in, digər hissəsinin isə Səhiyyə Nazirliyinin tabeliyində olması idarəetmədə və proseslərin koordinasiyasında ciddi çətinliklər yaradır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR