Adnan Hacızadə azadlığa buraxıldı

Bütün Xəbərlər
11:09 18.11.2010
1862

 

Məhkəmə onun cəzasının çəkilməmiş hissəsinin şərti cəza ilə əvəz edilməsi barədə qərar qəbul edib. O, məhkəmə zalından azadlığa buraxılıb. Adnan Hacızadə digər bloqqer Emin Milli ilə birgə ötən il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulublar. Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb. Adnan Hacızadəyə 2 il, Emin Milliyə isə 2 il 6 ay həbs cəzası kəsilib.

 

 

Adnan Hacızadənin həbs müddətinin yarısını bitirdikdən sonra azadlığa buraxılması ilə bağlı müraciəti birinci instansiya məhkəməsi tərəfindən təmin olunmayıb.

OXŞAR XƏBƏRLƏR