ADNSU-da 28 May – Müstəqillik Günü qeyd olunub - FOTOLAR

ADNSU-da 28 May – Müstəqillik Günü qeyd olunub - FOTOLAR
SOSİAL
10:50 29.05.2025
270
Mayın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
AZXEBER.COM xəbər verir ki, tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə açılış nitqi ilə ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov çıxış edib. O, 28 May – Müstəqillik Gününün xalqımızın milli oyanışının, azadlıq və dövlətçilik arzusunun rəmzi olduğunu vurğulayaraq müstəqilliyin tarixi və mənəvi əhəmiyyətindən danışıb. Qasım Məmmədov qeyd edib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Şərqdə ilk parlamentli respublika kimi tarixə düşən dövlətimizin bu günkü möhkəm təməli, iqtisadi və siyasi sabitliyi, beynəlxalq nüfuzu Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi nəticəsində formalaşıb. O, gənc nəslin bu dəyərləri qoruyaraq gələcək nəsillərə ötürməsinin vacibliyini vurğulayıb.
Daha sonra Neft-mexanika fakültəsinin "Materialşünaslıq və emal texnologiyaları” kafedrasının müəllimi Aytəm Əsədova çıxış edərək 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin yalnız dövlətçilik deyil, həm də demokratiya ideallarının daşıyıcısı olduğunu bildirib. O, Ulu Öndər Heydər Əliyevin bu idealları müstəqil Azərbaycanın inkişaf strategiyasının əsasına çevirdiyini qeyd edib.
Tədbir çərçivəsində həmçinin, Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş rəsm müsabiqəsinin qalibi mükafatlandırılıb.
Tədbir tələbələrin və ADNSU-nun "Gənclik” mahnı və rəqs ansamblının təqdimatında vətənpərvər musiqi və rəqs nömrələri ilə davam edib.

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
22:18 31.05.2025
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
22:06 31.05.2025
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
21:56 31.05.2025
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
21:43 31.05.2025
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
21:23 31.05.2025
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
21:16 31.05.2025
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
21:10 31.05.2025
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
20:57 31.05.2025
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
20:33 31.05.2025
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
20:11 31.05.2025
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
Salyanda 40 tonluq ot tayası yandı
19:49 31.05.2025
Salyanda 40 tonluq ot tayası yandı