ADNSU “Green Metric 2025” reytinqində ciddi irəliləyiş əldə edib

ADNSU “Green Metric 2025” reytinqində ciddi irəliləyiş əldə edib
SOSİAL
10:27 09.12.2025
216
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) nüfuzlu "GreenMetric World University Rankings 2025”-də əhəmiyyətli irəliləyiş əldə edib. Belə ki, ADNSU qlobal sıralamada 166 pillə yüksələrək həm yerli, həm də beynəlxalq ali təhsil müəssisələri arasında ən dinamik inkişaf göstərən universitetlərdən biri olub.

Agentlik tərəfindən açıqlanan yeni nəticələrə əsasən, ADNSU 2024-cü illə müqayisədə 2025-ci ildə 6457.5 bal toplayaraq (ötən il 5640 bal olub) 788-ci sıradan 622-ci yerə yüksəlib. Bu uğur universitetin ətraf mühitə məsuliyyət, resursların səmərəli idarə olunması və dayanıqlı akademik inkişaf sahələrində həyata keçirdiyi ardıcıl fəaliyyətlərin göstəricisidir.
Qeyd olunan yüksəliş idarəetmə strukturunun gücləndirilməsi, ətraf mühitə təsirlərin monitorinqinin yaxşılaşdırılması, resurs səmərəliliyinin artırılması və dayanıqlılıq üzrə təhsil imkanlarının genişləndirilməsi ilə əlaqədardır.

2024-dən 2025-ci ilə keçiddə ən böyük inkişaf su idarəetməsi sahəsində qeydə alınıb, bu göstərici 46.88% artaraq bütün dayanıqlılıq indikatorları arasında ən yüksək nəticəni göstərib. Bu artım universitetdə su idarəetməsi, səmərəlilik tədbirləri və suya qənaət mexanizmlərinin əhəmiyyətli şəkildə yaxşılaşdırıldığını göstərir.
İkinci ən böyük artım enerji və iqlim fəaliyyəti sahəsində müşahidə olunub, bu istiqamətdə 32.08% yüksəliş qeydə alınıb. Bu nailiyyət enerji səmərəliliyi təşəbbüslərinin gücləndirilməsi, bərpaolunan enerjiyə keçid tədbirlərinin genişləndirilməsi və iqlim yönümlü siyasətlərin tətbiqi nəticəsində ümumi ekoloji göstəricilərin yaxşılaşdığını təsdiqləyir.
Bu uğurlar ADNSU-nun ətraf mühitə davamlı məsuliyyət öhdəliyini bir daha nümayiş etdirir. Növbəti mərhələdə diqqət dayanıqlı dizaynın daha geniş tətbiqinə, bərpaolunan enerji inteqrasiyasının artırılmasına, tədqiqat potensialının genişləndirilməsinə, məlumatların şəffaflığının yüksəldilməsinə və "sıfır tullantı” strategiyalarının sürətləndirilməsinə yönəldiləcək.
Hazırki nəticələrə əsasən qeyd edək ki, ADNSU qlobal dayanıqlılıq sahəsində daha da yüksəlməkdə qərarlıdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nobel mükafatının məbləği artırıldı
01:29 19.09.2026
Nobel mükafatının məbləği artırıldı
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi