ADNSU məzunları üçün təntənəli “Məzun Günü” keçirilib - FOTOLAR

ADNSU məzunları üçün təntənəli “Məzun Günü” keçirilib - FOTOLAR
SOSİAL
10:03 02.07.2025
485
İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunları üçün Avropa Oyunları Parkındakı təntənəli "Məzun Günü” tədbiri təşkil olunub.
 
Tədbirdə dövlət qurumlarının, müxtəlif nazirliklərin və özəl müəssisələrin rəhbər şəxsləri, millət vəkilləri, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADNSU-nun rektoru, dosent Rüfət Əzizov "Məzun Günü”ndə açılış nitqi ilə çıxış edərək ali təhsilin inkişafında dövlət siyasətinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, ADNSU bu gün Azərbaycan iqtisadiyyatı üçün yüksək ixtisaslı mütəxəssislər hazırlayan aparıcı təhsil müəssisələrindən biridir. Dosent Rüfət Əzizov məzunlara müraciət edərək qeyd edib ki, onlar universitetin adını hər zaman uca tutmalı, qazandıqları bilik və bacarıqlarla ölkənin iqtisadi inkişafına öz töhfələrini verməlidirlər.

Elm və təhsil nazirinin müavini İdris İsayev, Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov çıxış edərək Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətə davamlı şəkildə inkişaf etdiyini diqqətə çatdırıblar. Məzunları təbrik edən nazir müavinləri çıxışlarında ADNSU məzunlarının ölkə iqtisadiyyatının, xüsusən də sənaye və enerji sahələrinin inkişafına mühüm töhfə verəcəyinə əmin olduqlarını bildiriblər.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, ADNSU-nun məzunu Arzu Cavadova universitetdə keçirdiyi tələbəlik illərini xatırladaraq bildirib ki, ADNSU-da formalaşan bilik və peşəkar baza hər bir məzunun gələcək karyerasında əvəzsiz rol oynayır. O, universitetin yetişdirdiyi mühəndislərin ölkənin neft və sənaye sektorunda mühüm layihələrə imza atdığını vurğulayıb.

Qeyd edək ki, bu il ADNSU-nu 4 mindən çox məzun bitirib.

Tədbirdə fakültələr üzrə fərqlənən məzunlara mükafatlar təqdim olunub. Rəsmi hissədən sonra "Məzun Günü” tədbiri sənət adamlarının və tələbələrin musiqi ifaları ilə davam etdirilib.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
WSJ: Tramp İrana mümkün zərbələr barədə məlumatlandırılıb
06:20 30.10.2026
WSJ: Tramp İrana mümkün zərbələr barədə məlumatlandırılıb
Qətər İranla ABŞ-a yeni təkliflər planı verdi
06:10 30.10.2026
Qətər İranla ABŞ-a yeni təkliflər planı verdi
Azərbaycan Premyer Liqası: "Qarabağ", "Sabah" və "Neftçi"nin oyunlarına təyinatlar açıqlanıb
05:50 30.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ", "Sabah" və "Neftçi"nin oyunlarına təyinatlar açıqlanıb
KİV: Almaniyanın silah tədarükünü gecikdirməsi səbəbindən NATO-nun müdafiə planları ləngiyir
05:40 30.10.2026
KİV: Almaniyanın silah tədarükünü gecikdirməsi səbəbindən NATO-nun müdafiə planları ləngiyir
Ər-Riyada raket hücumu olub: bir nəfər yaralanıb
05:30 30.10.2026
Ər-Riyada raket hücumu olub: bir nəfər yaralanıb
Bu ölkə dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək
05:20 30.10.2026
Bu ölkə dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək
“Liverpul” Qavini transfer etmək istəyir
05:10 30.10.2026
“Liverpul” Qavini transfer etmək istəyir
Cənubi Koreyada eks-prezident üçün ölüm cəzası tələb edilib
05:00 30.10.2026
Cənubi Koreyada eks-prezident üçün ölüm cəzası tələb edilib
Lekornyu: Fransa hökuməti etirazlardan sonra təhsil sahəsinə 1 milyard avro ayıracaq
04:50 30.10.2026
Lekornyu: Fransa hökuməti etirazlardan sonra təhsil sahəsinə 1 milyard avro ayıracaq
Nunyes: Fransadakı etirazlarda 1193 polis və jandarm xəsarət alıb
04:40 30.10.2026
Nunyes: Fransadakı etirazlarda 1193 polis və jandarm xəsarət alıb
Tramp Bolsonaro ilə bağlı vəziyyətə müdaxilə etməyəcəyini bildirib
04:30 30.10.2026
Tramp Bolsonaro ilə bağlı vəziyyətə müdaxilə etməyəcəyini bildirib
Liviyada İran və Əfqanıstan vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulub
04:20 30.10.2026
Liviyada İran və Əfqanıstan vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulub
Gürcüstan Patriarxlığı beynəlxalq qumar oyunlarının təşkili ilə bağlı qanuna etiraz edir
04:10 30.10.2026
Gürcüstan Patriarxlığı beynəlxalq qumar oyunlarının təşkili ilə bağlı qanuna etiraz edir
ABŞ-nin neft ehtiyatları azalır
04:00 30.10.2026
ABŞ-nin neft ehtiyatları azalır
Bu ifadəMeksika ilə Fransa arasında mübahisə doğurub
03:53 30.10.2026
Bu ifadəMeksika ilə Fransa arasında mübahisə doğurub
Yüksək enerji qiymətləri Avropanı çətin qışla üz-üzə qoyur
03:46 30.10.2026
Yüksək enerji qiymətləri Avropanı çətin qışla üz-üzə qoyur