ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR

ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
İQTİSADİYYAT
19:51 08.08.2025
925
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fərqlənmə ilə oxuyan bir qrup tələbəsi strateji məsələlər üzrə prorektor Vazeh Əskərovla birgə "Balakhani Operating Company LTD”nin ərazisində 102 yaşlı neft quyusunun qarşısında qurulan  "ADNSU-100” lövhəsinin açılışını ediblər. 

Açılış mərasimindən sonra keçirilən hasilat şirkətinin rəhbərliyi ilə görüş zamanı ADNSU tələbələri təhsilləri və karyera arzuları barədə səmimi söhbətdə iştirak ediblər. Bildiriblər ki, sinif otağı ilə sənaye arasında sıx bağların yaradılmasına imkan verən bu kimi əməkdaşlıqlar onlara seçdikləri peşədə daha uğurlu olmağa kömək edəcək. ADNSU prorektoru Vazeh Əskərov ölkəmizin tarixən ikinci universitetinin müasir tələblərə uyğun multi-disiplinar tədris proqramı barədə geniş məlumat verib və tarixən Nobellərin çalışdığı binada bu gün də hasilatla, elm və innovasiyaların bağlantısının qorunub saxlanıldığından məmnunluğunu bildirib. "Hər bir Universitet uğurlu məzunları ilə tanınır. Bu mənada neft tarixində öz sözünü demiş Balaxanıda tələbələrimizlə bərabər belə bir tarixi gündə iştirak etmək və ADNSU məzunlarının əhatəsində olmaq çox qürurvericidir”, deyən prorektor Əskərov universitet-sənaye arasında münasibətlərin gələcəkdə də davam edəcəyinə ümidini bildirib.

"Balakhani Operating Company LTD”nin müşaviri, prezident təqaüdçüsü, əməkdar mühəndis Telman Orucov tələbələrlə söhbətində ADNSU-da tədris illəri barədə xatirələrini bölüşüb. "Mən, çox xoşbəxtəm ki, mənim elə müəllimlərim olub. Onlar bizə tək dərs otağında deyil, ondan kənar da dəstək olurdular, təcrübələrini bölüşürdülər. Ümid edirəm, mənim məzun olduğum geologiya ixtisası günü-gündən daha da təkmil tədris edilərək Azərbaycanın gələcək hasilat uğurları üçün məzunlar yetişdirəcək.”

Tədbirin sonunda daha bir ADNSU məzunu, "Balakhani Operating Company LTD”-nin hasilat üzrə vitse-prezidenti Əhməd Kələşova "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” təqdim edilib. Preizdent İlham Əliyevin qərarı ilə təsis olunan "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” elm, təhsil, habelə neft və sənaye sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş şəxslərə təqdim olunur.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 100 illiyi silsilə tədbirlərlə qeyd edilən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaranması tarixinin Balaxanı hasilat ərazisində əbədiləşdirməsi qərarı bu ilin fevral ayında ADNSU və "Balakhani Operating Company LTD” arasında Anlaşma Memorandumunun imzalanması zamanı qəbul edilmişdir- "Balakhani Operating Company LTD”nin prezidenti Rövşən Rzayev ADNSU ilə həmyaşıd və bu günə qədər işlək quyunun "ADNSU-100” adlandırılması barədə sertifikatı rektor Rüfət Əzizova təqdim etmişdir.
 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:07 08.11.2026
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb