ADNSU “QS China Summit 2026”da uğurla iştirak edir - FOTOLAR

ADNSU “QS China Summit 2026”da uğurla iştirak edir - FOTOLAR
SOSİAL
16:03 09.04.2026
399
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru dosent Rüfət Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti Çinin Şenjen şəhərində keçirilən nüfuzlu "QS China Summit 2026" (QS Higher Education Summit China) sammitində iştirak edir. 

8-9 aprel tarixlərində keçirilən beynəlxalq sammitdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, rektorun müşaviri Ülviyyə Abbasova və SABAH mərkəzinin proqram rəhbəri Elnur Əlizadə iştirak ediblər. 

Sammit çərçivəsində ADNSU-nun rektoru, dosent Rüfət Əzizov dünyanın aparıcı ali təhsil müəssisələrinin rəhbərləri ilə birgə "Beynəlxalq əməkdaşlıq: Çin Asiya və dünya ölkələri ilə tərəfdaşlıq qurur”  mövzusuna həsr olunmuş mühüm panel sessiyada məruzəçi qismində çıxış edib.

Müzakirələrdə rektor, dosent Rüfət Əzizovla yanaşı, Malayziyanın Menecment və Elm Universitetinin (MSU) Tədqiqatlar üzrə prorektoru Prof. Dr. Norfilza Mohd Mokhtar, Çinin Honq Konq Xüsusi İnzibati Bölgəsinin Honq Konq Politexnik Universitetinin Qlobal işlər üzrə prorektoru  Prof. Geoffrey Qiping Shen və Böyük Britaniyanın Kral İncəsənət Kollecinin Akademik məsələlər üzrə prorektoru Prof. Ken Neil iştirak ediblər.

Müzakirələr zamanı rektor, dosent Rüfət Əzizov və digər beynəlxalq ekspertlər rəqabətədavamlı əməkdaşlıq modellərinin qurulması, risklərin idarə olunması və universitetlərin qlobal reputasiyasının yüksəldilməsi yollarını təhlil ediblər. Xüsusilə, fərqli qitələrdəki kampuslar arasında innovasiya və mədəni mübadiləni təşviq edən ortaq ekosistemlərin yaradılmasının əhəmiyyəti vurğulanıb, birgə tədqiqat alyansları və tələbə mobilliyi kimi strateji məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sammit çərçivəsində ADNSU ilə İndoneziyanın BİNUS Universiteti arasında ikitərəfli görüş keçirilib. Görüşdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov və BİNUS Universitetinin  rektoru Dr. Nelly S. Kom. ilə aparılan müzakirələr zamanı tərəflər arasında elmi tədqiqat istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Xüsusən də doktorantların qısamüddətli elmi tədqiqat məqsədilə qarşılıqlı səfərlərinin təşkili, tələbə-müəllim mübadiləsi proqramlarının həyata keçirilməsi və birgə elmi layihələrin icrası istiqamətində ilkin razılığa gəlinib . Görüşdə həmçinin gələcəkdə ikitərəfli akademik əlaqələrin daha da inkişaf etdirilməsi və uzunmüddətli əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

20–30 ölkədən 150–200-ə yaxın universitetin iştirak etdiyi sammit çərçivəsində təşkil olunan təhsil sərgisində ADNSU öz stendi ilə də təmsil olunub və ziyarətçilərə universitetin təhsil imkanları, ixtisasları və beynəlxalq əməkdaşlıq əlaqələri barədə məlumat təqdim edib. 

Qeyd edək ki, ali təhsil sahəsində beynəlxalq nüfuza malik platformalardan biri olan "QS China Summit 2026” dünyanın müxtəlif ölkələrindən universitet rəhbərlərini, təhsil ekspertlərini və ali təhsil müəssisələrinin nümayəndələrini bir araya gətirir. Tədbir çərçivəsində ali təhsildə beynəlmiləlləşmə, innovasiya, keyfiyyət təminatı, strateji inkişaf, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və qlobal akademik əməkdaşlıq kimi aktual mövzular müzakirə olunur.
 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir