ADSEA xidmətlərini genişləndirib və müştəri məmnuniyyəti artırılıb – Videoreportaj

ADSEA xidmətlərini genişləndirib və müştəri məmnuniyyəti artırılıb – Videoreportaj
SOSİAL
12:32 19.05.2026
321
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ASAN xidmət, ASAN kommunal mərkəzlərində və KOB evlərində vətəndaşlara 15 xidmət üzrə fəaliyyət göstərir. Mərkəzlərə 2026-ci ilin 4 ayı ərzində 60163 müraciət daxil olub. Onlardan 39117-si yerində, 12032-si araşdırıldıqdan sonra icra edilib. 

KOB evlərində göstərilən xidmətlərin əhatəsinin genişləndirilməsi məqsədilə xidmət sayı 5-dən 15-ə çatdırılıb, 12 xidmət elektronlaşdırılıb. Onların mərhələli şəkildə "mygov” platformasına inteqrasiyası həyata keçirilir. Hazırda platform üzərindən elektron müraciətlər qəbul olunur.

Vətəndaşlara göstərilən xidmətlərin siyahısına "Su təchizatı və tullantı sularının idarə olunması xidmətinin müvəqqəti dayandırılması və bərpasına dair müraciət” xidməti əlavə edilərək xidmətlərin sayı 15-ə çatdırılıb. Bu da öz növbəsində vətəndaşlara operativ xidmətin göstərilməsində mühüm rol oynayır.

İnklüziv xidmət mühiti də genişləndirilib. Məlumat kitabçaları və ərizə formaları sadələşdirilərək Brayl əlifbası ilə nəşr edilib. 

Eşitmə və nitq məhdudiyyətli vətəndaşlara əlverişli xidmət mühitinin yaradılması üçün ADSEA əməkdaşları surdo təlimlərə cəlb edilib və jest dili üzrə kursu uğurla bitiriblər.  

Eyni zamanda, xidmət keyfiyyətinin artırılması ilə bağlı əməkdaşlarımıza AZS İSO 10002:2022 müştəri məmnuniyyəti üzrə beynəlxalq standartlara əsaslanan təlimlər keçirilib. Bundan əlavə buklet və məlumat kitabçaları hazırlanaraq xidmət məntəqələrinə paylanılıb. 

ASAN xidmətdə fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları arasında hər ayın fəal işçisi seçilir. 

Ayın asançısı seçilən ADSEA-nın 1 saylı Asan Kommunal mərkəzində qrup rəhbəri Sevinc Ələkbərzadə qeyd edib ki, ayın asançısı olmaq üçün əsas meyarlar vətəndaşın müraciətinə uyğun olaraq düzgün yanaşmaq, problemi vaxtında dəqiq həll etmək və təşəbbüskarlıqdır: "Mən müraciətləri diqqətlə dinləyib praktik həll yolu tapmağa çalışdığım üçün fərqlənmişəm. Gündəlik işimdə sadəcə qaydaları yerinə yetirməklə kifayətlənmirəm. Vətəndaşın problemini dərindən anlamağa çalışıram. Lazım olduqda əlavə addımlar ataraq prosesi daha sürətli və səmərəli icra etməyə səy göstərirəm. Bu uğur birdən-birə gəlmir. Hər gün işimə ciddi yanaşmağımın nəticəsidir. Yeni başlayanlara bu işdə səbrli olmağı, vətəndaşı diqqətlə dinləməyi və öz işinə məsuliyyətlə yanaşmağı tövsiyə edərdim. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları olaraq əsas prinsipimiz vətəndaş məmnuniyyətini şəffaf şəkildə təmin etməkdir”.

ASAN xidmət, ASAN kommunal və KOB evlərində həyata keçirilən xidmətlərin məqsədi əhali və qeyri-əhali istehlakçıları üzrə göstərilən kommunal xidmətlərin əlçatanlığını təmin etmək, xidmət keyfiyyətini artırmaq və müştəri məmnuniyyətini yüksəltməkdən ibarətdir.
 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"City Garden Narimanov”: Şəhərin mərkəzində premium yaşayış konsepsiyası — "Kristal”
15:29 10.07.2026
"City Garden Narimanov”: Şəhərin mərkəzində premium yaşayış konsepsiyası — "Kristal”
Azərbaycanda cinayət statistikası: 20 ildə nə dəyişdi?
15:26 10.07.2026
Azərbaycanda cinayət statistikası: 20 ildə nə dəyişdi?
Gəncədə qeyri-formal məşğulluq və əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbiri keçirildi
15:13 10.07.2026
Gəncədə qeyri-formal məşğulluq və əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbiri keçirildi
TƏBİB-in fotosu diqqət çəkdi: Həkim-rezidentlərin hamısı niyə qadındır?
15:09 10.07.2026
TƏBİB-in fotosu diqqət çəkdi: Həkim-rezidentlərin hamısı niyə qadındır?
Atasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı vəfat etdi - FOTO
14:50 10.07.2026
Atasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı vəfat etdi - FOTO
Bakıda yayılan qulaqdibi xəstliyi ilə bağlı rəsmi açıqlama
14:46 10.07.2026
Bakıda yayılan qulaqdibi xəstliyi ilə bağlı rəsmi açıqlama
Generala yüksək vəzifə verildi
14:31 10.07.2026
Generala yüksək vəzifə verildi
Daşınmaz əmlakını dövlət qeydiyyatına saldırmaq istəyənlərə şad xəbər
14:28 10.07.2026
Daşınmaz əmlakını dövlət qeydiyyatına saldırmaq istəyənlərə şad xəbər
Göyçayda obyektlərdən oğurluq edən şəxs tutuldu
14:18 10.07.2026
Göyçayda obyektlərdən oğurluq edən şəxs tutuldu
Ekoloqdan xəbərdarlıq: Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur
14:17 10.07.2026
Ekoloqdan xəbərdarlıq: Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur
Yeni turizm proqramı: Dövlət subsidiyası hansı layihələri əhatə edəcək?
14:08 10.07.2026
Yeni turizm proqramı: Dövlət subsidiyası hansı layihələri əhatə edəcək?
“Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi - Fotolar
13:44 10.07.2026
“Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi - Fotolar
Kəlbəcərdə otlaq sahədə mina partladı
13:26 10.07.2026
Kəlbəcərdə otlaq sahədə mina partladı
"BakuBus"dan sərnişinlərdən küsən sürücü ilə bağlı - AÇIQLAMA
13:10 10.07.2026
"BakuBus"dan sərnişinlərdən küsən sürücü ilə bağlı - AÇIQLAMA
""Seltik"in təklifini dərhal qəbul etdim" - Kamilo Duran
12:46 10.07.2026
""Seltik"in təklifini dərhal qəbul etdim" - Kamilo Duran
“Nə üçün pomidor, qarpız, kartof əvvəlki dadını vermir?”
12:33 10.07.2026
“Nə üçün pomidor, qarpız, kartof əvvəlki dadını vermir?”