ADU-da “Azərbaycan-Çin əlaqələrinin siyasi sahədə perspektivləri və nəticələri” mövzusunda tədbir keçirildi

ADU-da “Azərbaycan-Çin əlaqələrinin siyasi sahədə perspektivləri və nəticələri” mövzusunda tədbir keçirildi
Bütün Xəbərlər
16:55 27.06.2013
1078

İyunun 27-də Azərbaycan Dillər Universitetində universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan-Çin əlaqələrinin siyasi sahədə perspektivləri və nəticələri” mövzusunda tədbir keçirildi. 

Tədbir ÇXR-nın milli bayramı -“Çin Kommunist Partiyasının yaranması günü”nə həsr edilmişdi. Tədbirdə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Li Yunquy, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, Çin dili və mədəniyyəti mərkəzinin direktoru Rafiq Abbasov və tələbələr iştirak edirdilər.

Tədbirdə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin direktoru Rafiq Abbasov Ümummilli lider Heydər Əliyevin əsasının qoyduğu Azərbaycan-Çin ənənəvi dostluq əlaqələrinin siyasət, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə dinamik şəkildə inkişaf etdiyini söylədi. O, iki ölkənin hakim partiyaları- Çin Kommunist Partiyası və Yeni Azərbaycan Partiyası arasındakı səmərəli əməkdaşlığın ölkələrarası çoxşaxəli əlaqələrin daha da çiçəklənməsi üçün təkan verdiyini dedi.

Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Li Yunquy çıxışında Azərbaycan-Çin arasındakı əlaqələrindən söz açdı və bu əlaqələrin səmərəli nəticələrindən məmnunluğunu bildirdi. O, Çin dili və mədəniyyəti mərkəzinin fəaliyyətindən söz açaraq iki ölkə arasında ictimai əlaqələrin rifahı naminə atdığı addımlarının təqdirəlayiq olduğunu vurğuladı. Müşavir mərkəzin Çin tarixi və mədəniyyətinin tanıdılması istiqamətində fəaliyyətini yüksək qiymətləndirdi. O, ÇXR cari siyasi və sosial-iqtisadi həyatı və Çin Kommunist Partiyasının tarixi haqqında məlumatları iştirakçıların nəzərinə çatdırdı.

Tədbirdə Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbələri Azərbaycan, rus və ingilis dillərində Çin Xalq Respublikası, Azərbaycan-Çin əlaqələrinin yaranması və inkişafı, Çin Kommunist Partiyasının yaranması haqqında məruzə ilə çıxış etdilər. Tədbirdə tələbələrdən Ofelya Mustafayeva və Flora Məmmədova “Çin Kommunist Partiyası”, Nərgiz Niyazova “2004-cü il Çin Kommunist Partiyası Mərkəzinin Komitəsi siyasi bürosunun üzvü, MK Katibliyinin katibi Lyu Yunşanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan rəsmi səfəri”, Azadə İsbarova “Çin Kommunist Partiyasının nümayəndəsi Trao Veysinin çıxışı”, Günay Piriyeva “Ümummilli lider Heydər Əliyev və siyasətçi Den Syaopinyanın Çin Kommunist Partiyası və Yeni Azərbaycan Partiyası fonunda əlaqələri” mövzusunda təqdimatla çıxış etdilər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır