ADU-da Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş 'Bahar kuboku' turniri keçirildi

GƏNCLİK
11:33 29.04.2013
1529

Aprelin 27-də ADU Tələbə Gənclər Təşkilatı İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Bahar kuboku” turniri keçirildi.AZXEBER.COM-un məlumatına görə, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra ADU TGT sədri Xıdır Kazımov və Azərbaycan İntellektual Oyunlar Klubunun rəhbəri Aydın Piriyev çıxış edərək bütün iştirakçılara uğurlar arzuladılar. Turnir 36 sual olmaqla 3 turdan ibarət idi. Yarışda iştirak üçün 26 komanda qeydiyyatdan keçmişdir. Turnirin yekun nəticələrinə görə “WOW” komandası I, “Fuzzy Logic” komandası II, Maqnat komandası isə III yerlərə layiq görüldülər. Qaliblər kitab və sertifikatlarla mükafatlandırıldılar. Qalib komandanın iki ən fəal üzvü isə Breyn-Rinq intellektual oyununda iştirak etmək üçün vəsiqə qazandı.

OXŞAR XƏBƏRLƏR