Aeroport yolunda avtobuş aşdı, 5 nəfər yaralandı

Aeroport yolunda avtobuş aşdı, 5 nəfər yaralandı
Bütün Xəbərlər
13:28 10.01.2012
1515
Azərbaycan paytaxtında marşrut avtobusu aşıb.
Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 12.30 radələrində Aeroport yolunda qeydə alınıb. Yeni Suraxanı istiqamətində hərəkət edən marşrut avtobusu minik maşını ilə toqquşaraq aşıb. Nəticədə 10-a yaxın sərnişin xəsarət alıb. Təcilli Tibbi Yardım Stansiyasından bildirilib ki, qəza baş verən ünvana 3 həkim briqadası göndərilib. Qəza nəticəsində yaralanan 5 nəfər xəstəxanaya aparılıb. Digər yaralılara isə yerində yardım göstərildikdən sonra buraxılıblar.
OXŞAR XƏBƏRLƏR