Aeroportda baş verən qətllə bağlı rəsmi məlumat yayıldı

Aeroportda baş verən qətllə bağlı rəsmi məlumat yayıldı
Bütün Xəbərlər
16:21 24.05.2013
1082

Daxili İşlər Nazirliyi Heydər Əliyev Beynəlxalq Aeroportunda baş verən qətllə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, mayın 23-də saat 14:00 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportunun avtomobil dayanacağında Şərur rayon sakini Sahib Musayev tanışı, Ordubad rayon sakini Həsən Əhmədova məxsus “VAZ-2106” markalı avtomaşında qisas məqsədilə Ordubad rayon sakini Alim Əhmədovu bıçaqla qətlə yetirib.Sonra o, meyiti həmin avtomaşınla Nərimanov Rayon Polis İdarəsinə gətirərək, könüllü təslim olub.

OXŞAR XƏBƏRLƏR