Afaq Bəşirqızı: "Gənc vaynerlər xırda və zəhərsiz göbələklərdir”

Afaq Bəşirqızı: "Gənc vaynerlər xırda və zəhərsiz göbələklərdir”
MƏDƏNİYYƏT
17:36 20.05.2019
4341
Mədəniyyət və İncəsənət Universitetindəki dərs sistemi dəyişdirilməlidir.

"Sosial şəbəkələrdə vayn çəkənlər istedadlı uşaqlardır. Mən özüm də bəzən onların hazırladığı vaynlara baxıram və gülürəm. Həmin şəxsləri tanımıram, amma çox gözəl qısametrajlı filmlər ortaya qoyurlar. Həmin gənc vaynerlər yaxşı mənada, xırda və zəhərsiz göbələklərdir”.

Bu fikirləri "Report”a müsahibəsində Xalq artisti Afaq Bəşirqızı deyib.

O, gənc vaynerlərə teatrlarda çalışmağı təklif edib: "Onlar öz üzərlərində çalışmalı və təkmilləşməlidirlər. Sadəcə olaraq, onları bir az yontalamaq və səhnədə oynamağa öyrətmək lazımdır. Çox istəyirəm ki, vaynlar çəkən gənclər teatrlara müraciət etsinlər. Çünki ömürlük şöhrətə və dolanışığa sahib olmaq üçün çətinliklərə tab gətirməyi bacarmalısan. Gənc aktyorlara kömək etmək, onlara doğru yolu göstərmək və əllərindən tutmaq lazımdır”.

Xalq artistinin sözlərinə görə, son illərdə Azərbaycanda sənətkarların bir qisminin vəfat etməsi kino sahəsində durğunluğun yaranmasına gətirib çıxarıb: "Bu gün istedada çox böyük ehtiyac var. Ümumiyyətlə, istedadlı uşaqlara test üsulu çox mane olur. Təsəvvür edin ki, qabiliyyət imtahanından keçən abturiyent müsabiqənin test mərhələsindən kəsilir. Təəssüflər olsun ki, kəsildikdən sonra istedadlı uşaqlar artıq növbəti il imtahan vermirlər. Aktyor və aktrisa olmaq üçün ali təhsilə ehtiyac yoxdur. Bəşir Səfəroğlunun, Nəsibə Zeynalovanın, Siyavuş Aslanın, Lütfəli Abdullayevin, Hacıbaba Bağırovun və digərlərinin ali təhsilləri olmayıb. Onlarda fitri istedad var idi. Amma təbii ki, aktyor və aktrisanın dünyagörüşündə müəyyən bilikləri olmalıdır”.

A.Bəşirqızı hesab edir ki, Mədəniyyət və İncəsənət Universitetindəki dərs sistemi dəyişdirilməlidir. O, bununla bağlı yeni konsepsiyalar hazırlanmasını və eyni zamanda, Mədəniyyət xadimləri ittifaqının yaradılmasını təklif edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
16:34 09.10.2026
İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
Məktəblərdə vahid geyim formaları ilə bağlı - RƏSMİ AÇIQLAMA
16:22 09.10.2026
Məktəblərdə vahid geyim formaları ilə bağlı - RƏSMİ AÇIQLAMA
Aylıq ödəniş az görünür, amma... – Kreditlə alış-veriş edənlərə XƏBƏRDARLIQ
16:01 09.10.2026
Aylıq ödəniş az görünür, amma... – Kreditlə alış-veriş edənlərə XƏBƏRDARLIQ
Xəzərin dayazlaşmasının qarşısını almaq üçün nə etmək lazımdır? - Ekoloq danışdı
15:54 09.10.2026
Xəzərin dayazlaşmasının qarşısını almaq üçün nə etmək lazımdır? - Ekoloq danışdı
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
15:30 09.10.2026
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
"Xəzərin taleyi Volqadan başlayır"
15:19 09.10.2026
"Xəzərin taleyi Volqadan başlayır"
Beyləqanda “Texnologiya” dərsində şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - FOTO
14:49 09.10.2026
Beyləqanda “Texnologiya” dərsində şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - FOTO
Hicab üzərindən Azərbaycana qarşı "Troya atı" oyunu…
14:34 09.10.2026
Hicab üzərindən Azərbaycana qarşı "Troya atı" oyunu…
İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilir - FOTOLAR
14:27 09.10.2026
İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilir - FOTOLAR
Köhnə mənzil alıb təmir edənlərə VACİB XƏBƏR
14:23 09.10.2026
Köhnə mənzil alıb təmir edənlərə VACİB XƏBƏR
Polşada gecə spirtli içkilərin satışı qadağan edildi
14:04 09.10.2026
Polşada gecə spirtli içkilərin satışı qadağan edildi
Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir
14:00 09.10.2026
Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir
"Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"
13:49 09.10.2026
"Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"
Taksi qiymətləri sizi qane edir, yoxsa bahadır? – VİDEOSORĞU
13:46 09.10.2026
Taksi qiymətləri sizi qane edir, yoxsa bahadır? – VİDEOSORĞU
"Dinin hakim olduğu ölkələrdə yaşananları görmürükmü?" - Rəşad Məcid
13:43 09.10.2026
"Dinin hakim olduğu ölkələrdə yaşananları görmürükmü?" - Rəşad Məcid
Yol polisi velosipedçilərə müraciət etdi
13:43 09.10.2026
Yol polisi velosipedçilərə müraciət etdi