Afaq Bəşirqızı haqqında danışılan sözlərə aydınlıq gətirdi - VİDEO

Afaq Bəşirqızı haqqında danışılan sözlərə aydınlıq gətirdi - VİDEO
Bütün Xəbərlər
00:06 15.01.2013
1319

Xalq artisti: "Hər şey normaldır, istirahət edirəm"

Bir müddət əvvəl ürəyindən əməliyyat olunan Musiqili Komediya Teatrının aktrisası, xalq artisti Afaq Bəşirqızının səhhətində baş verən problemlərlə bağlı səhnədən uzaqlaşdığı xəbərləri yayılıb.Yayılan xəbərlərdə, hətta aktirasaya səhnəyə çıxmaq qadağası qoyulduğu da söylənilir. Məsələyə aydınlıq gətirmək üçün xalq artisti ilə telefon bağılantısı yaratdıq.Afaq Bəşirqızı suallarımızı şəxsən cavablandırdı: “ Bu sarı, ucuz şayiələrə getsəydim 38 il sənətdə ola bilməzdim. Mən heç bir sayta müsahibə vermirəm. Deyəsən onlar səhv məlumat verib məhkəməyə düşməkdə öyrəncəlidirlər. Saytlarda özbaşına xəbər yayan jurnalistlərə görə bir ölçü götürülməli, bu özbaşınalığa son qoyulmalıdır. Səhhətimdə heç bir problem yoxdur. Hər şey normaldır. İstirahət edirəm”.

OXŞAR XƏBƏRLƏR