Afaq Bəşirqızı İlhamə Quliyevaya sataşdı: "Mən onu sevməmişdim" - VİDEO

Afaq Bəşirqızı İlhamə Quliyevaya sataşdı: "Mən onu sevməmişdim" - VİDEO
MAQAZİN
14:14 08.12.2017
7220
Xalq artisti Afaq Bəşirqızı ASAN Radioda yayımlanan "Ayna" verilişində qonaq olub.
 
AZXEBER.COM xəbər verir ki, xalq artisti verilişdə ailə, qadın münasibətlərindən danışıb.
 
Daha sonra xalq artistinin sevdiyi mahnılardan söhbət düşüb və efirə müğənni Zamiq Hüseynov qoşulub.
 
Xalq artisti müğənninin ifa etdiyi "Kaman" mahnısı haqda danışıb və deyib: "Bu mahnı səndən əvvəl ifa olunub. Mən bilmirəm bu mahnını səndən əvvəl kim ifa edib. Mən bu mahnını sevməmişdim. Ona görə də bu mahnını sənin ifanda premyera kimi qəbul edirəm"
 
Müğənni də öz növbəsində deyib ki, bu mahnını Afaq xanım üçün səsləndirilsin və yeni mahnı kimi təqdim edilsin. 
 
Qeyd edək ki, bu ifanı xalq artisti, mərhum sənətkar İlhamə Quliyeva ilk dəfə səsləndirib və hər kəs "Kaman" mahnısının xalq artistinə məxsus olduğunu bilir. Hətta müğənni Zamiq Hüseynov da adıçəkilən ifanı İlhamə Quliyevanın xatirəsinə həsr olunmuş layihə zamanı ifa edib. 
 
OXŞAR XƏBƏRLƏR